XƏBƏR
10:13

  Türkiyə Azərbaycanla birlikdə hərbi gəmilər tikməyi planlaşdırır

Gündəm

Xəbər lenti
16 Noyabr 10:46Ronaldo nişanlandı
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

Türkiyədə hərbi gəmilər hazırlayan "Dearsan" gəmiqayırma zavodu Azərbaycanın Hərbi Dəniz Qüvvələri ilə birlikdə 4 növ hərbi gəmi inşa etməyi planlaşdırır.

Agyol.az xəbər verir ki, bu barədə özəl olaraq  açıqlamasında "Dearsan" gəmiqayırma zavodunun dəniz layihələri üzrə meneceri Sərvət Bilgin deyib.

S.Bilginin sözlərinə görə, bununla əlaqədar Azərbaycan hökuməti ilə danışıqlar aparılıb və 4 layihə təqdim edilib:

"Layihələr Azərbaycan tərəfinə təqdim edilib. Bundan başqa, məsələ Azərbaycan Hərbi Dəniz Qüvvələrinin rəhbərliyi ilə müzakirə edilib. Əgər razılıq əldə edilərsə, biz elə Azərbaycanda həmin gəmilərin birgə tikintisinə başlayacağıq. Bu prosesdə həm də azərbaycanlı mütəxəssislər çalışacaq. Azərbaycanlı mütəxəssislər bu prosesdən sonra özləri müstəqil hərbi gəmi də istehsal edə bilər".

O bildirib ki, tikiləcək gəmilər Xəzər dənizinin coğrafi xüsusiyyətləri və region ölkələrinin qüvvələr balansı nəzərə alınmaqla hazırlanıb:

"Biz artıq bu layihəni Azərbaycan Müdafiə Nazirliyinə də təqdim etmişik. Eyni zamanda, Bakı Gəmiqayırma Zavodu ilə əməkdaşlıq təklifi ilə çıxış etmişik. Bütün gəmilərin Azərbaycanda tikilməsi planlaşdırılır".

Menecer əlavə edib ki, təmsil etdiyi şirkət artıq 3 ildir Azərbaycanla əməkdaşlıq edir.

Qeyd edək ki, 25-27 sentyabr tarixlərində Bakıda "ADEX-2018" 3-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisində "Dearsan" müəssisəsinin məhsulları da nümayiş olunub.

 




  Yayım tarixi :29 Sentyabr 2018   10:13

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .