XƏBƏR
12:51

  Rusiya KİV-ləri Prezident Vladimir Putinin Azərbaycana səfərini geniş işıqlandırıb

Gündəm

Xəbər lenti
16 Noyabr 10:46Ronaldo nişanlandı
Rusiyanın aparıcı KİV-ləri Prezident Vladimir Putinin Azərbaycana səfərini geniş işıqlandırıb.

Agyol.az, xəbər verir ki, Rusiyanın “Rossiya 24” telekanalının “Vesti” xəbərlər proqramı Rusiya Prezidentinin Bakıya işgüzar səfəri ilə bağlı böyük reportaj hazırlayıb. Reportajda qeyd olunur ki, Prezident V.Putinin Bakıya səfəri qısa olsa da, mühüm məsələlərin müzakirəsi ilə yadda qalıb. Azərbaycan-Rusiya Regionlararası Forumunda prezidentlər bir sıra mühüm məsələlər, o cümlədən Xəzərin hüquqi statusuna dair Konvensiyanın qəbul edilməsindən sonra açılan geniş əməkdaşlıq perspektivlərindən danışıblar. Həmçinin dövlət başçıları Bakıda keçirilən cüdo üzrə dünya çempionatının yarışlarını da izləyiblər.

“Vesti” proqramının reportajında vurğulanır ki, bu, Rusiya və Azərbaycan prezidentlərinin 2018-ci ildə dördüncü görüşüdür. İki ölkə lideri birlikdə Azərbaycan-Rusiya Regionlararası Forumunda iştirak ediblər. Bildirilib ki, Azərbaycan və Rusiya işgüzar dairələri arasında möhkəm əlaqələr mövcuddur. Hazırda 700-dən çox birgə müəssisə fəaliyyət göstərir, Rusiya Azərbaycana 1,5 milyon dollarlıq sərmayə yatırıb.

Reportajda Azərbaycan Prezidenti İlham Əliyevin forumda səsləndirdiyi fikirlərdən sitatlar gətirilir: “Turizm sahəsində də biz Rusiya vətəndaşları tərəfindən Azərbaycanı ziyarətin çox əhəmiyyətli dərəcədə artdığını görürük. Hələ başa çatmamış 9 ay ərzində 700 minədək rusiyalı Azərbaycanı ziyarət edib. Əminəm ki, bu rəqəm də gələcəkdə artacaq”.

Rusiyanın Birinci Kanalı da Vladimir Putinin Bakıya səfərinə geniş yer ayırıb. Reportajda qeyd olunur ki, Rusiya Prezidenti Vladimir Putin qısa səfəri çərçivəsində Bakıda keçirilən cüdo üzrə dünya çempionatı yarışlarına baxıb, Rusiya komandasının üzvləri ilə görüşüb.

Qeyd edilir ki, Azərbaycan-Rusiya Regionlararası Forumunda hər iki ölkənin prezidentləri çıxış edərək birgə layihələrin son illər sürətlə həyata keçirilməsi, neft hasilatı və nəqli, avtomobil istehsalı, əczaçılıq və digər sahələrdə uğurlu əməkdaşlıqdan söhbət açıblar.

 




  Yayım tarixi :28 Sentyabr 2018   12:51

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .