XƏBƏR
10:47

  Ərdoğan: Türkiyənin Rusiya ilə birgə PYD və YPG-yə qarşı hərbi əməliyyatlara başlayacağı istisna deyil

Gündəm

Xəbər lenti
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

Türkiyənin Rusiya ilə birgə Fərat çayının şərqində PYD və YPG terror qruplaşmalarına qarşı hərbi əməliyyatlara başlayacağı istisna deyil.

Agyol.az ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Dövlət başçısı bildirib ki, tərəflər PYD və YPG terrorçularına qarşı birgə fəaliyyət planını hələ müzakirə etməyiblər.

Onun sözlərinə görə, ABŞ PYD və YPG terrorçularının Suriyanın Mənbic şəhərindən çıxarılması ilə bağlı vədinə əməl etmədi:

"Türkiyə və Birləşmiş Ştatlar arasında əldə olunmuş razılaşmaya əsasən, PYD və YPG bölmələri 90 gün ərzində Mənbicdən çıxmalı idi, lakin bu baş vermədi".

R.T.Ərdoğan qeyd edib ki, Türkiyə, Rusiya və İranın birgə səyləri artıq Suriyada öz müsbət nəticəsini verir.

 




  Yayım tarixi :28 Sentyabr 2018   10:47

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .