XƏBƏR
21:18

  Şamaxıda Nəsimi - şeir, incəsənət və mənəviyyat festivalının təntənəli açılış mərasimi olub - FOTO

Gündəm

Xəbər lenti
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

Bü gün Şamaxıda Azərbaycanın tanışmış şair və mütəfəkkiri İmadəddin Nəsiminin heykəli önündə Nəsimi - şeir, incəsənət və mənəviyyat festivalının açılış mərasimi keçirilib.



Agyol.az xəbər verir ki, Şərqin dahi şair və mütəfəkkirlərindən biri İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığına həsr olunan, şeir və sənətin yaşadılması məqsədi daşıyan festivala Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə sentyabrın 27-də şairin doğulduğu Şamaxı şəhərindən başlanılıb.


Mərasimdə İmadəddin Nəsiminin heykəli önündə təşkil olunan şeir-musiqi məclisində respublikamızın mədəniyyət və incəsənət xadimləri, həmçinin xarici ölkələrdən gələn qonaqlar iştirak ediblər.


Tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək, Azərbaycan şairi, mütəfəkkir İmadəddin Nəsiminin poeziyasından söz açıb.

Daha sonra Xalq artisti Alim Qasımov və qızı Fərqanə Qasımovanın ifasında Nəsiminin qəzəlləri tədbir iştirakçılarını valeh edib.

Qeyd edək ki, sentyabrın 30-dək keçiriləcək festival Nəsiminin fəlsəfi baxışlarını əks etdirən "Simadan - asimana" və onun öz kəlamından götürülən "Zərrə mənəm, günəş mənəm..." şüarları ilə təşkil olunub.




  Yayım tarixi :27 Sentyabr 2018   21:18

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .