XƏBƏR
16:05

  Bakıda NATO-nun təlim kursları keçirilib

Gündəm

Xəbər lenti
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2018-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən, Şimali Atlantika Alyansının Brunssumda yerləşən Birləşmiş Qüvvələr Komandanlığının və Portuqaliyada yerləşən Birləşmiş Təhlil və Təcrübələrin Öyrənilməsi Mərkəzinin mobil təlim qrupları tərəfindən Bakıda “NATO-nun əməliyyatların qiymətləndirilməsi” və “NATO-da təhlil və təcrübələrin öyrənilməsi” mövzularında təlim kursları təşkil olunub.


Agyol.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Kurslar müddətində NATO-nun nümayəndələri tərəfindən dinləyicilərə NATO-da əməliyyatların qiymətləndirilməsi, əməliyyatların qiymətləndirilməsinin və planlanmasının nəzəriyyəsi, Alyansda təcrübələrin toplanması və əməliyyat planı, əməliyyatlar zamanı təcrübələrin toplanması, analiz metodları, təcrübələrin öyrənilməsi prosesində qiymətləndirmə və digər mövzular barədə məlumatlar verilərək sindikatlar keçirilib.

 




  Yayım tarixi :27 Sentyabr 2018   16:05

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .