XƏBƏR
15:25

  Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumunun rəsmi açılış mərasimi olub

Gündəm

Xəbər lenti
16 Noyabr 10:46Ronaldo nişanlandı
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

Sentyabrın 27-də Heydər Əliyev Mərkəzində IX Azərbaycan-Rusiya Regionlararası Forumunun rəsmi açılış mərasimi olub.


Agyol.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin mərasimdə iştirak ediblər.

Azərbaycan və Rusiya prezidentləri açılış mərasimində çıxış etdilər.



 Putin: “Azərbaycanla əməkdaşlıq Rusiya üçün çox vacibdir”



Azərbaycanda işgüzar səfərdə olan Rusiya prezidenti Vladimçir Putin vacib açıqlamalar verib.


Agyol.az xəbər verir ki, Putin ilk növbədə iqtisadi sahədə əməkdaşlığa diqqət çəkib.

“Azərbaycan və Rusiya ortaq infrastruktur layihələri həyata keçiririk. “Şimal-Cənub”, “İran-Azərbaycan-Rusiya” beynəlxalq nəqliyyat dəhlizinin inşası nəzərdə tutulur. Bu yol Avropa və Asiyanı bir-birinə daha da yaxınlaşdıracaq. Azərbaycanla əməkdaşlıq Rusiya üçün çox vacibdir”.

 

Putin həmçinin, Samur çayı üzərindən Azərbaycanı Dağıstanla birləşdirəcək körpünün tikintisi ilə bağlı razılığın olduğunu deyib.

 

Ruisya prezidenti rus dilinin Azərbaycanda dövlət səviyyəsində dəstək aldığını da xatırladıb.

“Biz rus dilinə olan marağı yüksək qiymətləndiririk. Ölkədə 300-dən artıq məktəb rus dilində tədris verir. Ən əsas dəstək isə insanların ürəyində və beyinlərindədir”.

 

Putin Xəzər dənizində Azərbaycan və Rusiya limanlarını birləşdirəcək kruiz səyahətlərinin planlaşdırıldığını da əlavə edib.

 




  Yayım tarixi :27 Sentyabr 2018   15:25

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .