XƏBƏR
12:32

  Elmar Məmmədyarov Nyu-Yorkda İslam Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Gündəm

Xəbər lenti
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

Nyu-Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusef bin Ahmad Al-Otaimin ilə görüşü keçirilib.

Agyol.az xəbər verir ki, XİN-dən verilən məlumata görə, tərəflər arasında İƏT-Azərbaycan əlaqələri və əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanları, İƏT-in Ermənistanın Azərbaycana qarşı təcavüzü üzrə Əlaqə Qrupu və bu çərçivədə görüləcək tədbirlər, habelə İƏT-in dünyada sülh və təhlükəsizliyin qorunmasında BMT-nin strateji tərəfdaşı kimi rolunun artması məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

 




  Yayım tarixi :27 Sentyabr 2018   12:32

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .