XƏBƏR
21:35

  Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Vatikanda Müqəddəs Sebastian katakombalarının açılış mərasimində iştirak edib

Gündəm

Xəbər lenti
13 Noyabr 14:21Sabahın hava PROQNOZU


Romada Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Müqəddəs Sebastian katakombalarının sentyabrın 26-da açılışı olub.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva açılış mərasimində iştirak edib.

Kardinal Can-Franko Ravazi Birinci vitse-prezident Mehriban Əliyevanı qarşıladı.

Sonra Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Müqəddəs Sebastian katakombalarının açılışı oldu.

Birinci vitse-prezident Mehriban Əliyeva və Kardinal Can-Franko Ravazi rəmzi açılışı bildirən lenti kəsdilər.

Burada Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərinə 2016-ci ildə başlanılıb. Görülən işlərə görə Azərbaycanın Birinci vitse-prezidentinə minnətdarlıq ifadə olundu. Bildirildi ki, bərpa işləri mükəmməl həyata keçirilib. Ümumilikdə, katakombalarda 8 minə yaxın sərdabə yerləşir. Katakombaların zəngin tarixi var. Onlar bütün xristian dünyası üçün mühüm əhəmiyyət daşıyır. Katakombalar təbii və ya süni yeraltı məntəqələrdir. Onlar çox dar dəhlizlərdən ibarət olur. Əvvəllər Romada müqəddəs Sebastian kilsəsinin altında yerləşən dəfn qalereyalarına katakombalar deyilirdi. Bu katakombalar 1578-ci ildə aşkarlanıb. Buradakı bəzi abidələrin yaşı III əsrə gedib çıxır.

Qeyd edək ki, bundan əvvəl Heydər Əliyev Fondunun təşəbbüsü ilə Müqəddəs Marçellinio və Pietro katakombaları da bərpa olunub. Dünya mədəniyyəti, xüsusilə də xristianlar üçün böyük mənəvi dəyəri olan katakombaların müsəlman ölkəsi Azərbaycanın Heydər Əliyev Fondu tərəfindən bərpa edilməsi ölkəmizin dinlərarası və mədəniyyətlərarası dialoqa verdiyi növbəti töhfədir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dünya əhəmiyyətli tarixi, dini, mədəni abidələri bərpa etməsi həm də ümumilikdə, ölkəmizin təbliği, dünyada layiqincə təmsil olunması baxımından mühüm əhəmiyyətə malikdir.

 




  Yayım tarixi :26 Sentyabr 2018   21:35

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .