XƏBƏR
11:27

  Binəqədi bələdiyyəsinə yeni sədr seçildi

Gündəm

Xəbər lenti
16 Noyabr 10:46Ronaldo nişanlandı
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

Binəqədi rayon Binəqədi bələdiyyəsinin dünən  keçirilən ümumi yığıncağında bələdiyyənin yeni sədri seçilib.


Agyol.az xəbər verir ki, bələdiyyə üzvlərinin yekdil qərarı ilə sədr postu “Yerli İqtisadi Məsələlər” Daimi Komissiyasının sədri Salman Umudova həvalə edilib. 

Salman Umudov 1975-ci ildə anadan olub. 1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının bakalavr, 1999-cu ildə isə magistratura pilləsini bitirib. Hazırda həmin ali məktəbin “Dövlət İdarəçiliyi” ixtisası üzrə disertantıdır. 

S.Umudov həmçinin Azərbaycan gənclər hərəkatının fəal üzvlərindəndir. 1995-2004-cü illərdə Demokratik Tələbə Gənclər Təşkilatı sədrinin 1-ci müavini, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının İdarə Heyətinin üzvü, Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri vəzifələrini tutub. 1998-2004-cü illərdə Demokratik Seçki Mərkəzinin şöbə müdiri, 2006-2007-ci illərdə Milli Məclis deputatının köməkçisi olub. 

Hazırda Gənc Sahibkarlar Klubu İctimai Birliyinin sədridir. 2014-cü ildə keçirilən IV çağırış bələdiyyə seşkilərində Yeni Azərbaycan Partiyasının namizədi kimi Bakının Binəqədi rayon bələdiyyəsinin üzvü seçilib, elə həmin ildən bələdiyyənin Yerli İqtisadi Məsələlər Daimi Komissiyasının sədridir. 

Azərbaycan ordusunun sıralarında zabit kimi xidmət edib. Evlidir, 3 övladı var.

 

 




  Yayım tarixi :26 Sentyabr 2018   11:27

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .