XƏBƏR
22:57

  Onlar dünya çempionu oldular - Bakıda

Gündəm

Xəbər lenti
20 Aprel 10:10Qubaya qar yağıb

Bakıda keçirilən cüdo üzrə dünya çempionatında daha iki çəki dərəcəsi üzrə qaliblər müəyyənləşib.


Agyol.az xəbər verir ki, 100 kq çəkiyə malik kişilərin mübarizəsində cənubi koreyalı Qu Ham Ço qızıl medal qazanıb. O, finalda gürcüstanlı Varlam Lipartelianini məğlub edib. Monqolustanlı Lxaqvasuren Otqonbaatar və rusiyalı Niyaz İlyasov isə bürünc medal əldə ediblər.

Qadınların 78 kq çəki dərəcəsi üzrə yarışında qalib yaponiyalı Şori Hamada olub. O, həlledici görüşdə hollandiyalı Qussye Steenhuysu üstələyib. Rusiyalı Aleksandra Babintseva ilə hollandiyalı Marhinde Verkerk isə bürünc medal götürüblər.

Qeyd edək ki, sentyabrın 26-da qadınlarda +78, kişilərdə isə +100 kq çəkiyə malik cüdoçular mübarizə aparacaq. Bununla da fərdi yarışlar başa çatacaq. Dünya çempionatında sentyabrın 27-də keçiriləcək qarışıq komanda yarışları ilə yekun vurulacaq.

 




  Yayım tarixi :25 Sentyabr 2018   22:57

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .