XƏBƏR
20:54

  Azərbaycanla İran arasında hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə edilib

Gündəm

Xəbər lenti
20 Yanvar 15:32Ağsuda zəlzələ olub
20 Yanvar 15:31Mbappe Messiyə çatdı

Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2018" üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi çərçivəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan İranın Müdafiə və Silahlı Qüvvələrə dəstək nazirinin sənaye və tədqiqat üzrə müavini Reza Müzəffəriniyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Agyol.az xəbər verir ki, Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə regional təhlükəsizlik məsələləri Azərbaycan ilə İran arasında hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil üzrə əməkdaşlığın inkişaf perspektivləri, ekspert qruplarının qarşılıqlı səfərlərinin təşkili və maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

 




  Yayım tarixi :25 Sentyabr 2018   20:54

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .