XƏBƏR
14:30

  Zakir Həsənov bolqarıstanlı həmkarı ilə görüşüb

Gündəm

Xəbər lenti
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

Agyol.az xəbər verir ki, Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2018" üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün ölkəmizə gələn Bolqarıstan Baş nazirinin İctimai Asayiş və Təhlükəsizlik üzrə müavini – Müdafiə naziri Krasimir Karakaçanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan ilə Bolqarıstan arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələtində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri, təcrübə mübadiləsi məqsədilə qarşılıqlı səfərlərin təşkili, həmçinin ölkələrin yerləşdiyi regionlardakı hərbi-siyasi vəziyyət müzakirə olunub.

 




  Yayım tarixi :25 Sentyabr 2018   14:30

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .