XƏBƏR
11:57

  Elmar Məmmədyarov: 2020-ci ilə qədər Şahdəniz yatağından qazın Aİ-yə çatdırılması planlaşdırılır

Gündəm

Xəbər lenti
13 Noyabr 14:21Sabahın hava PROQNOZU
2020-ci ilə qədər Şahdəniz yatağından qazın Aİ-yə çatdırılması planlaşdırılır.

Agyol.az xəbər verir ki, XİN-dən  verilən məlumata görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Nazirlər Şurasının qeyri-rəsmi görüşündə deyib.
Nazir deyib ki, enerji əməkdaşlığı regional əməkdaşlıq proseslərinin əsasını təşkil edir: "Bu gün Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum əməkdaşlığın əsl ruhunun simvolu olaraq qalır. Hazırda biz Trans-Adriatik boru kəmərindən (TAP) və Trans-Anadolu boru kəmərindən (TANAP) ibarət Cənub Qaz Dəhlizinin üzərində çalışırıq. Biz 2020-ci ilə qədər Şahdəniz yatağından qazımızı Aİ-yə çatdırmağı planlaşdırırıq. Bu enerji layihələrinin reallaşması enerji resurslarını diversifikasiya edəcək, eləcə də region daxilində və onun hüdudlarından kənarda enerji təminatını və nəqlini artıracaq".




  Yayım tarixi :25 Sentyabr 2018   11:57

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .