XƏBƏR
10:36

  Pakistan XİN: Dağlıq Qarabağ münaqişəsi regional təhlükəsizliyə təhdiddir

Gündəm

Xəbər lenti
16 Noyabr 10:46Ronaldo nişanlandı
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regional təhlükəsizliyə təhdiddir.

Agyol.az xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının Təmas qrupunun "Ermənistanın Azərbaycana qarşı təcavüzü" mövzusunda görüşündə Pakistanın xarici işlər naziri Şah Mahmud Qureyşi deyib.

Nazir bildirib ki, həll olunmamış Dağlıq Qarabağ münaqişəsi regonda sülh və təhlükəsizliyə ciddi təhdiddir.

Ş.M.Qureyşi Pakistanın Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi məsələsində prinsipial mövqeyini dəstəklədiyini növbəti dəfə təsdiq edib:

"Bu məsələ ilə bağlı Pakistanın mövqeyi dəyişməz qalır və BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə müəyyənləşdirilmiş prinsiplərə əsaslanır".

Görüşdə Türkiyə, Azərbaycan, Qambiya, Cibuti, Mərakeş və Səudiyyə Ərəbistanından xarici işlər nazirləri və yüksək vəzifəli rəsmilər iştirak ediblər.

 

 




  Yayım tarixi :25 Sentyabr 2018   10:36

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .