XƏBƏR
10:28

  Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır

Gündəm

Xəbər lenti

Qəbələ rayonunda Nic-Mıxılqovaq-Yemişanlı-Uludaş-Tikanlı-Abrıx yaşayış məntəqələrini əhatə edən və uzunluğu 18 km olan avtomobil yolunun yenidən qurulması işləri artıq yekunlaşmaq üzrədir.

Agyol.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, yolun yenidən qurulması ilə respublika əhəmiyyətli Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yoluna çıxış əldə olunmaqla 8 yaşayış məntəqəsinin hər birinə müasir infrastruktur, rahatlıq və abadlıq gələcək.

Bununla da yol boyu yaşayan 10 min nəfərdən artıq əhalinin gediş-gəlişi həm təhlükəsiz olacaq, həm də xeyli rahatlaşmaqla yük və sərnişin daşıması asanlaşacaq. Bu amillər isə kənd təsərrüfatının və turizmin inkişafına müsbət təsir etməklə vətəndaşların sosial rifahının yüksəlməsinə səbəb olacaq.

 




  Yayım tarixi :25 Sentyabr 2018   10:28

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .