Rusiya Suriyaya S-300 hava hücumundan müdafiə
komplekslərini vermək qərarına gəlib.
Agyol.az xəbər verir ki,
Rusiyanın müdafiə naziri Sergey Şoyqu iki həftə ərzində bunun baş tutacağını
bildirib.
S-300 kompleksinin Suriyanın hava hücumundan
müdafiəsini təmin edəcəyi qeyd edilir.
Nazir bu kompleksin Suriyaya verilməsini 2013-cü
ildə dayandırıldığını diqqətə çəkərək, hazırda şəraitin dəyişdiyini bəyan edib.
Şoyqu bunun səbəbini Moskvada axtrılmamalı olduğunu da vurğulayıb.
Xatırladaq ki, sentyabrın 17-də Suriyanın hava
sərhədlərində Rusiyaya məxsus İL-20 kəşfiyyat təyyarəsi Suriya qüvvələri
tərəfindən S-200 kompleksi ilə vurulub. Bu hadisənin istənmədən baş verdiyi və
burada İsrail qırıcılarını provokasiyasının olduğu bildirilir. Rusiya bu
hadisədə bütün məsuliyyətin İsrailin üzərinə düşdüyünü bəyan edib.
Qeyd edək ki, İsrail tərəfi S-300 kompleksinin
Suriyaya verilməsi məsələsinə şərh verməkdən imtina edib.