XƏBƏR
13:51

  Güləş yığmamız dünya çempionatında dördüncü oldu

Gündəm

Xəbər lenti
23 Oktyabr 10:42Boyun disk yırtıqları

Slovakiyanın Trnava şəhərində başa çatan gənc güləşçilərin dünya çempionatında sərbəst güləş üzrə yığmaların sıralaması müəyyənləşib. Agyol.az xəbər verir ki, Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, millimiz 91 xal toplayaraq komanda hesabında 4-cü yeri tutub. Böyük məşqçi Saypulla Absaidov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında mundiala 10 güləşçi ilə yollanan yığmamız 4 medal qazanıb. Hacımurad Hacıyev (70 kq) qızıl, Abubakr Abakarov (74 kq) gümüş, Orxan Abasov (79 kq) və Asxab Həmzətov (92 kq) isə bürünc medal əldə edib.

Qeyd edək ki, DÇ-də Rusiya (182) birinci, ABŞ (115) ikinci, İran (98) isə üçüncü yeri tutub.




  Yayım tarixi :24 Sentyabr 2018   13:51

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .