XƏBƏR
11:55

  Qeyri-sabit hava şəraiti ilə bağlı - XƏBƏRDARLIQ

Gündəm

Xəbər lenti

Sentyabrın 23-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Agyol.az-a verilən məlumata görə, havanın temperaturu 2-4° aşağı enəcək.

Rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Oxu: Güclü yağış uçquna səbəb oldu
Qərb küləyi ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturu gecə 14-19°, gündüz 23-28° isti, dağlarda gecə 6-11°, gündüz 13-18° isti təşkil edəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Qeyri-sabit hava şəraitinin sentyabrın 24-ü gündüzədək davam edəcəyi bildirilir.




  Yayım tarixi :23 Sentyabr 2018   11:55

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .