XƏBƏR
13:09

  Prezident İlham Əliyev Vyetnam Kommunist Partiyasının Baş katibi Nquyen Fu Çonqa başsağlığı verib

Gündəm

Xəbər lenti

Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Kommunist Partiyasının Baş katibi Nquyen Fu Çonqa başsağlığı məktubu göndərib.

Agyol.az xəbər verir ki, məktubda deyilir: "Hörmətli cənab Baş katib,

Vyetnam Sosialist Respublikasının Prezidenti, görkəmli dövlət xadimi Çan Day Kuanqın vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Çan Day Kuanq Azərbaycan-Vyetnam münasibətlərinin inkişafına, ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlığın daha da möhkəmlənməsinə mühüm töhfələr vermişdir.

Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və yaxınlarına, bütün Vyetnam xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".

 




  Yayım tarixi :22 Sentyabr 2018   13:09

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .