XƏBƏR
11:59

  İranda hərbi parad zamanı atışma - 8 ölü, 7 yaralı

Gündəm

Xəbər lenti

İranın Əhvaz şəhərində hərbi parad zamanı baş verən atışmada SEPAH-ın 8 əskərinin öldüyü bildirilir. Agyol.az ın məlumatına görə, biri uşaq, biri qadın olmaqla 7 nəfərin isə yaralandığı qeyd edilir.

İran rəsmi KİV-ləri hadisəni terror aktı kimi təqdim edib.

X X X

İranın cənub-qərbində, Əhvaz şəhərində hərbi parad zamanı atışma olub.

Trend-in məlumatına görə, naməlum şəxslər hərbi konvoyu atəşə tutub.

İlkin məlumata görə, insident nəticəsində bir neçə əsgər ölüb, yaralılar da var.

Məlumata görə, naməlum şəxslər atəşi parad keçirilən əraziyə yaxın yerləşən parkdan açıblar. Ölən və yaralanan əsgərlərlə yanaşı, mülki şəxslərin də xəsarət aldıqları bildirilir.

Son məlumata görə, atəş açan şəxslərdən birinin zərərsizləşdirilib, digərilərinin isə hadisə yerindən qaçmağa müvəffəq olduqları qeyd edilir. Həmin şəxslərin axtarışları aparılır.

Yaralılar xəstəxanaya çatdırılır.

 




  Yayım tarixi :22 Sentyabr 2018   11:59

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .