XƏBƏR
11:53

  Bu gün daha 3 cüdoçumuz dünya çempionatında mübarizəyə qoşulacaq

Gündəm

Xəbər lenti
16 Noyabr 10:46Ronaldo nişanlandı
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

Bakıda davam edən dünya çempionatında bu gün Azərbaycanın daha 3 cüdoçusu tatami üzərinə çıxacaq.

Agyol.az xəbər verir ki, kişilərdən 73 kq çəkidə yer alan Avropa çempionları Rüstəm Orucovla Hidayət Heydərov mübarizə aparacaq. Onlar mübarizəyə 1/32 final mərhələsindən başlayacaqlar. 27 yaşlı R.Orucovun ilk rəqibi misirli Məhəmməd Mohyeldin olacaq. 21 yaşlı H.Heydərov isə iraqlı Səccad Sehenlə üz-üzə gələcək.

Qadınların yarışında isə 57 kq çəkidə İçinxorlu Munxtsedev qüvvəsini sınayacaq. 1/32 finalda onun bəxtinə almaniyalı Ameli Ştoll düşüb.

İlk görüşlər saat 10:00-da start götürüb. Saat 16:00-da isə medal qarşılaşmaları olacaq.

Dünya çempionatı

57 kq
1/32 final. İçinxorlu Munxtsedev - Ameli Ştoll (Almaniya)

73 kq
1/32 final. Rüstəm Orucov - Məhəmməd Mohyeldin (Misir)
1/32 final. Hidayət Heydərov - Səccad Sehen (İraq)

Qeyd edək ki, ilk iki yarış günündə Azərbaycan cüdoçularından ən yüksək nəticəni Kəramət Hüseynov göstərib. 60 kq çəki dərəcəsində yer alan 20 yaşlı idmançı 5-ci yeri tutub.

 




  Yayım tarixi :22 Sentyabr 2018   11:53

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .