XƏBƏR
16:06

  Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib - FOTOSESSİYA

Gündəm

Xəbər lenti

Bu gün Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib.

Agyol.az xəbər , tədbir Milli Gimnastika Arenasında təşkil olunub.

Açılışda Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev, dövlət rəsmiləri, müxtəlif idman növləri üzrə beynəlxalq assosiasiyaların nümayəndələri, cüdo üzrə milli federasiyaların başçıları və digər şəxslər iştirak ediblər.

Açılış mərasimi rəsmi və bədii hissədən ibarət olub. Bədii hissənin əvvəlində qrafik video elementlərdən ibarət videoçarx təqdim olunub. Sonra Azərbaycan incəsənət xadimlərinin eksklüziv olaraq tədbir üçün hazırlanmış çıxışları baş tutub. Ardınca dünya şöhrətli italiyalı müğənni Al Bano konsert proqramı ilə çıxış edib.

 İkinci yarış günündə qadınların fərdi mübarizəsində 52 kq, kişilərdə isə 66 kq çəki dərəcəsləri üzrə qaliblər müəyyənləşəcək. Azərbaycan millisini bu çəkilərdə müvafiq olaraq, Buyankişiq Purevsuren və Nicat Şıxəlizadə təmsil edirlər. Hər iki idmançı mübarizəyə 1/32 final mərhələsindən başlayacaq.

Qeyd edək ki, ilk yarış günündə Azərbaycan təmsilçilərindən 60 kq çəki dərəcəsindəki Kəramət Hüseynov 5-ci yeri tutub. Eyni çəkidəki Orxan Səfərov və 48 kq çəkidə yer alan Aişə Qurbanlı isə 1/8 finalda uduzub.

 




  Yayım tarixi :21 Sentyabr 2018   16:06

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .