XƏBƏR
14:43

  Binəli Yıldırm: “Ermənistan dövləti Dağlıq Qarabağdan şərtsiz çəkilməlidir”

Gündəm

Xəbər lenti
“Türkiyə tarixin hər bir vaxtında Azərbaycanın yanında olub.  Azərbaycan dara düşən zamanlarda ilk yardım edən biz olduq. 100 il bundan öncə Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusu 1918-ci ilin sentyabrın 15-də Azərbaycanın imdadına gəldi. Türk millətinin qəhrəman övladları Azərbaycan Xalq Cümhuriyyətini istiqlalına qovuşdurmaq üçün canını fəda etdi.  Həmin qəhrəmanlardan 1132-si bu torpaqlarda şəhid oldu. Bu səbəblərə görə də Türkiyədən sonra ən çox şəhidliyimiz olan ölkə Azərbaycandır”.
 
Agyol.az-ın məlumatına görə, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım Azərbaycan parlamentinin 100 illiyinə həsr olunmuş iclasda deyib.
 
Türkiyə Böyük Millət Məclisinin sədri çıxışında Dağlıq Qarabağ məsələsinə də toxunub:
“Dağlıq Qarabağ məsələsi həmişəlik həll olunmadan Qafqazda müharibə riskini aradan qaldırmaq mümkün deyil. Türkiyə ən başından Azərbaycanın gözlənti və tələblərini dəstəkləməkdədir. Ermənistan dövləti Dağlıq Qarabağ da daxil olmaqla, işğal etdiyi Azərbaycan torpaqlarından şərtsiz çəkilməlidir. Bu torpaqlar Azərbaycanındır. Dünən də beləydi, əbədiyyən də belə olacaq”.




  Yayım tarixi :21 Sentyabr 2018   14:43

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .