XƏBƏR
11:21

  Parlamentin xüsusi iclasından FOTOLAR

Gündəm

Xəbər lenti
23 Oktyabr 10:42Boyun disk yırtıqları
Bu gün - sentyabrın 22-də Azərbaycan Xalq Cümhuriyyəti (AXC) parlamentinin yaranmasının 100 illik yubileyi ilə əlaqədar Milli Məclisin təntənəli iclası keçirilir.

Agyol.az xəbər verir ki, təntənəli iclasda Prezident İlham Əliyev iştirak edir. Ölkə başçısı iclasdsa nitq söyləyib.

Ümumilikdə tədbirə 150 ölkənin parlamentinin nümayəndə heyəti qatılıb.
 
Tədbirdə Bosniya və Herseqovina, Bolqarıstan, Pakistan, Oman, Türkiyə, Bəhreyn, Küveyt, Qırğızıstan, Cibuti, Səudiyyə Ərəbistanı,  Sudan,  parlament sədrləri səviyyəsində təmsil olunur.
 
Bundan əlavə, təntənəli iclasda Çexiya, Qazaxıstan, Polşa, Vyetnam, Rusiya, İran, Tacikistan, Macarıstan, Monteneqro, Serbiya parlament sədrlərinin müavinləri də iştirak edir.
 
Təntənəli iclasda həmçinin NATO Parlament Assambleyasının, ATƏT Parlament Assambleyasının, Türkdilli Ölkələrin Parlament Assambleyasının (Türk PA), Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (QDİƏT PA), Avropa Şurası Parlament Assambleyasının, Müstəqil Dövlətlər Birliyinin Parlament Assambleyasının (MDB PA), Avropa Parlamentinin, GUAM (Gürcüstan-Ukrayna-Azərbaycan-Moldova) Parlament Assambleyasının, AVRONEST Parlament Assambleyasının nümayəndələri də iştirak edir.
Təntənəli iclasda Azərbaycan Xalq Cümhuriyyəti (AXC) parlamentinin yaranmasının 100 illik yubileyi ilə bağlı hazırlanmış sənədli film qonaqlara nümayiş olunacaq.




  Yayım tarixi :21 Sentyabr 2018   11:21

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .