XƏBƏR
11:19

  Qafqazda ilk BMW-nin sahibi Tağıyevdir - FOTO

Gündəm

Xəbər lenti
Qafqazda ilk BMW-nin sahibi azərbaycanlı milyonçu Hacı Zeynalabdin Tağıyev olub.

Agyol.az xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nuridə Allahyarova bildirib.
O qeyd edib ki, Azərbaycanda 1912-ci ilə qədər avtonəqliyyat vasitələrinin dövlət nömrə nişanı olmayıb:
"1912-ci il yanvar ayının 30-da Şəhər Upravası avtomobil sahiblərinə rəsmi məktub göndərərək, şəhər xəzinəsinə qeyd olunan rüsumu ödədikdən sonra müvafiq dövlət nömrə nişanı əldə etmələri ilə bağlı qərarı açıqlayır. Bu faktın ən maraqlı tərəfi o vaxt üçün öz avtonəqliyyat vasitəsinə görə ən iri rüsumu xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin ödəməsi olur - 120 rubl"-deyə N.Allahyarova bildirib.




  Yayım tarixi :21 Sentyabr 2018   11:19

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .