XƏBƏR
21:30

  Erməni ekspert: Ermənistan informasiya müharibəsində də Azərbaycana uduzur

Gündəm

Xəbər lenti
23 Oktyabr 10:42Boyun disk yırtıqları

Ermənistanla Azərbaycan arasındakı informasiya mübarizəsində Ermənistan tərəfinin informasiya siyasəti çox zəifdir.

Agyol.az ın məlumatına görə, bunu separatçı erməni KİV-lərinə müsahibəsində informasiya təhlükəsizliyi məsələləri üzrə ekspert Samvel Martirosyan deyib.

Ekspert bildirib ki, Ermənistanın informasiya siyasətini “dondurulmuş” hesab etmək olar:

“Blokada vəziyyəti ilə əlaqədar iqtisadiyyatı çökən və ölkəni talamış Sarkisyan rejiminin uzun illər hakimiyyətdə qaldığı Ermənistan rəsmi Bakı ilə bərabər informasiya mübarizəsi aparmaq iqtidarında deyil”.

S.Martirosyan qeyd edib ki, 2016-cı il aprel döyüşlər bu sahəyə böyük təsir göstərdi və bəzi məsələlərin təkrar nəzərdən keçirilməsinə səbəb oldu. Ekspert həmçinin internetin Ermənistan seqmentində saxta xəbərlərin çoxluğundan şikayət edib.

 




  Yayım tarixi :20 Sentyabr 2018   21:30

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .