XƏBƏR
16:27

  Prezident Ramil Usubovu mükafatlandırdı

Gündəm

Xəbər lenti

Xəbər verildiyi kimi, Azərbaycan Polisinin yaranmasının 100 illiyi münasibətilə, Azərbaycan Respublikasında ictimai təhlükəsizliyin və asayişin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidentinin 2018-ci il 29 iyun tarixli sərəncamı ilə daxili işlər naziri, general-polkovnik Ramil Usubov 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Agyo.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, ötən gün Prezident İlham Əliyev yüksək dövlət mükafatını - 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordenini daxili işlər naziri, general-polkovnik Ramil Usubova təqdim edib. 

 




  Yayım tarixi :20 Sentyabr 2018   16:27

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .