XƏBƏR
15:57

  Şeyxülislamdan dindarlara çağırış: "Fətvamızın tələblərinə riayət edin"

Gündəm

Xəbər lenti

Allahşükür Paşazadə: "Biz qan verməklə başqalarına can verir, İmam Hüseynin vəsiyyətinə əməl edirik"

Bu gün Aşura günü ilə bağlı "Təzəpir" məscidində keçirilən qanvermə aksiyasına Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam hacı Allahşükür Paşazadə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı, Milli Məclisin deputatı Cavanşir Paşazadə, həmçinin ölkədə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri də aksiyaya qatılıblar.



Agyol.az xəbər verir ki, aksiyada jurnalistlərə açıqlama verən QMİ sədri Azərbaycan dövlətinin dindarlar üçün hər cür şərait yaratdığını deyib: "Bu gün ədalətin bərpa olunduğu və şəhidlərin yad edildiyi günüdür. Qanvermə aksiyası gözəl ənənədir. Biz qan verməklə başqalarına can verir, İmam Hüseynin vəsiyyətinə əməl edirik".

QMİ-nin Məhərrəm ayı ilə bağlı fətvasının olduğunu xatırladan Paşazadə bildirib ki, həmin fətvanın tələblərinə riayət olunmalıdır: "Dindarları fətvaya əməl etməyə çağırıram. Aşura günündə baş yarmaq, zəncir vurmaq və qan çıxarmaq olmaz, buna heç İmam Hüseyn də razı olmazdı. Kimlərsə bizim qəbul etdiyimiz fətvaları məhdudiyyət kimi təqdim edirlər. Amma Azərbaycan dövləti dindarlar üçün bərabər şərait yaradıb".



Şeyxülislam onu da diqqətə çatdırıb ki, hazırda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Qafqaz Müsəlmanları İdarəsi arasında heç bir ziddiyyət təşkil edəcək məqam yoxdur.

Qeyd edək ki, 24 rayonda (28 yerdə) keçirilən qanvermə aksiyasının 20-si məscidlərdə, 8-i isə Mərkəzi Xəstəxana şəraitində təşkil olunub. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.






  Yayım tarixi :20 Sentyabr 2018   15:57

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .