XƏBƏR
15:24

  Dövlət Departamenti: Azərbaycan 2017-ci ildə terrorçuluqla mübarizə sahəsində ABŞ-ın güclü tərəfdaşı olub

Gündəm

Xəbər lenti

Azərbaycan 2017-ci ildə terrorçuluqla mübarizə sahəsində ABŞ-ın güclü tərəfdaşı olub.

Agyol.az ın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin illik hesabatında deyilir.

Qeyd olunur ki, hesabat ilində Azərbaycan hökuməti ölkənin quru və dəniz yolları ilə insan, pul və mal daşınmasına yönəlmiş terrorçuluq fəaliyyətinin aşkar olunması və qarşısının alınması üzrə fəal iş görüb. Azərbaycanın hüquq-mühafizə orqanları və təhlükəsizlik xidmətləri terror hücumlarının qarşısının alınması, terrorçuların izlənməsi və həbsi ilə bağlı əməliyyatlar keçirib.

Sənəddə həmçinin qeyd olunur ki, Azərbaycan NATO-nun antiterror təşəbbüslərinə dəstəyini davam etdirib:

“Azərbaycan “İstanbul prosesi – Asiyanın ürəyi” beynəlxalq konfransında həmsədrlik edərək Əfqanıstanda təhlükəsizlik və sabitliyin möhkəmlənməsi üzrə səyləri davam etdirib. Azərbaycanda, həmçinin narkotik alverçilərinin terrorçuluğun maliyyələşdirilməsində rolunun müzakirə olunduğu işçi qrupunun iclası keçirilib”.

 




  Yayım tarixi :20 Sentyabr 2018   15:24

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .