XƏBƏR
15:10

  Şefçoviç: Azərbaycan regional geosiyasi balansı yaxşılaşdırmağa imkan verən "Cənub Qaz Dəhlizi"nin əsas iştirakçısıdır

Gündəm

Xəbər lenti
23 Oktyabr 10:42Boyun disk yırtıqları

Azərbaycan və bütün Xəzər regionu energetika sahəsində Avropanın mühüm tərəfdaşlarıdır.

Agyol.az ın məlumatına görə, bunu Avropa Komissiyasının enerji ittifaqı üzrə vitse-prezidenti Maroş Şefçoviç Bakıda keçirilən VII Beynəlxalq "Caspian Energy 2018" forumunun iştirakçılarına videomüraciətində deyib.

M.Şefçoviç qeyd edib ki, Azərbaycan Avropaya enerji resurslarını şaxələndirməyə və regional geosiyasi balansı yaxşılaşdırmağa imkan verən "Cənub Qaz Dəhlizi"nin əsas iştirakçısıdır.

Onun sözlərinə görə, Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq:

"2020-ci ildə Azərbaycan qazının ilk həcmləri Avropaya çatacaq. Bu, həm dövlətlərin, həm də iştirakçı ölkələrin özəl sektorlarının siyasi və iqtisadi səylərinin kulminasiyası adlandırıla biləcək tarixi hadisə olacaq. Qaz Avropa ölkələrinə yalnız öz energetika hədəflərinə çatmağa kömək etməyəcək, eləcə də Avropa İttifaqına daxil olmayan ölkələr bundan faydalanacaq".

M.Şefçoviçin fikrincə, bundan başqa, "Cənub Qaz Dəhlizi"nin uğurlarından alternativ enerji, ekologiya və digər sahələrdə əməkdaşlıq üçün də yararlanmaq olar.

 




  Yayım tarixi :20 Sentyabr 2018   15:10

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .