XƏBƏR
22:54

  “Qarabağ” – “Arsenal” oyununun biletləri satışa çıxarılır

Gündəm

Xəbər lenti
07 Dekabr 15:13 Sabahın HAVAsı

Avropa Liqasının qrup mərhələsinin II turunda keçiriləcək "Qarabağ" - "Arsenal" matçının biletlərinin satışa çıxarılacağı vaxt müəyyənləşib. Agyol.az xəbər verir ki, "Qarabağ" klubunun Mətbuat xidməti xəbər verir ki, azarkeşlər sözügedən qarşılaşmanın biletlərini sabahdan etibarən əldə edə bilərlər. Biletlərin qiymətləri 2, 5, 15, 20 və 50 manatdır.

 

Fanatlar biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iticket.az saytından əldə edə bilərlər.

 

Satış məntəqələri:

Qarabağ FK Fan-şop ("Park Bulvar")

 

İticket kassaları

Sumqayıt şəhəri ("ASAN Xidmət")

"28 Mall"

"Gənclik Mall"

 

Qeyd edək ki, oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Arsenal" matçı saat 20:55-də start götürəcək.

 




  Yayım tarixi :19 Sentyabr 2018   22:54

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .