XƏBƏR
14:23

  Azərbaycan yollarında İLK DƏFƏ - 3D formatlı piyada zolağı (FOTO/VİDEO)

Gündəm

Xəbər lenti
16 Noyabr 10:46Ronaldo nişanlandı
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

Azərbaycanda ilk dəfə olaraq avtomobil yollarında 3D formatlı piyada zolağı çəkilib.

Agyol.az xəbər verir ki, yenilik ilk dəfə Naxçıvan şəhərində tətbiq edilib.

Bu ilin əvvəlindən Naxçıvan şəhərində bir çox yolların yenidən qurulması işlərinə başlanılıb. Bir müddət əvvəl isə şəhərin mərkəzi prospektlərindən biri - Heydər Əliyev prospektində yenidənqurma işləri yekunlaşdırılıb. Prospektdə, həmçinin Avropa ölkələrində geniş tətbiq olunan 3D formatlı piyada zolaqları çəkilib.

Belə piyada zolaqlarının digər küçə və prospektlərdə də çəkilməsi nəzərdə tutulur.

Qeyd edək ki, 3D formatlı zolaqların yolda qoyulmuş bordür effekti yaratması piyadaların həmin zolaqlardan daha təhlükəsiz istifadəsinə imkan verir.

 




  Yayım tarixi :19 Sentyabr 2018   14:23

 








Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .