XƏBƏR
12:51

  Türkiyədə vətəndaşlıq almaq asanlaşdı

Gündəm

Xəbər lenti

Türkiyədə vətəndaşlığın verilməsi haqqında 2010-cu ildə qüvvəyə minən qanunun 20-ci maddəsinə dəyişiklik edilib. 


Agyoln.az xəbər verir ki, dəyişikliklərə əsasən, Türkiyədə vətəndaşlıq almaq istəyən şəxslərin yatırmalı olduğu sərmayənin həcmi 2 milyon dollardan 500 min dollara endirilib. 

Bundan başqa, Türkiyədə daşınmaz əmlaka sahib olan əcnəbilərin vətəndaşlıq alması üçün rüsum 1 milyon dollardan 250 min dollara kimi azaldılıb. 

Eyni zamanda, vətəndaşlığa keçmək üçün Türkiyə banklarında lazım olan əmanət məbləği 3 milyon dollardan 500 min dollara endirilib. 

 




  Yayım tarixi :19 Sentyabr 2018   12:51

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .