XƏBƏR
12:46

  Gələn il iki Ay tutulması hadisəsi olacaq

Gündəm

Xəbər lenti

Gələn il iki Ay tutulması hadisəsi baş verəcək. 


Agyol.az ın məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) verilən məlumata görə, 2019-cu ildə ilk Ay tutulması yanvarın 21-i yerli vaxtla saat 07:34-də başlayacaq və 09:43-də başa çatacaq. Bir saat iki dəqiqə çəkəcək bu Ay tutulması Azərbaycanda müşahidə olunmayacaq. 2019-cu ilin sonuncu Ay tutulması isə iyulun 17-si Bakı vaxtı ilə saat 00:03-dən 02:59-dək davam edəcək. Bu Ay tutulması da ölkəmizdən müşahidə edilməyəcək. 

Gələn il baş verəcək Ay tutulmaları Yerin ekvatorial zonasında baş verəcək, Ay kölgənin mərkəzindən keçəcək.

 




  Yayım tarixi :19 Sentyabr 2018   12:46

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .