XƏBƏR
11:38

  Xarici ölkələrdə təhsil almaq istəyən tələbələrə - XƏBƏRDARLIQ

Gündəm

Xəbər lenti
16 Noyabr 10:46Ronaldo nişanlandı
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

Azərbaycan Respublikasının təhsil qanunvericiliyində fərdi (individual) qrafik üzrə, sərbəst, əyani-qiyabi və ya qiyabi-əyani təhsilalma formaları nəzərdə tutulmayıb.


 Agyol.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunur ki, ölkə ərazisində distant və eksternat təhsilalma formaları üzrə tədrisin təşkili və qiymətləndirilməsi mexanizmi mövcud deyil.

Bu səbəbdən Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli, 64 saylı Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndinə uyğun olaraq, həmin təhsilalma formaları üzrə xaricdə ali təhsil almış şəxslərin aldıqları təhsil sənədlərinin (diplomların) ölkə ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) mümkün deyil.

Təhsil Nazirliyi xaricdə ali təhsil almaq istəyən vətəndaşları təhsil formasını seçən zaman göstərilənləri nəzərə almağa çağırır.

 




  Yayım tarixi :19 Sentyabr 2018   11:38

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .