XƏBƏR
11:13

  Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatı 190-dan çox ölkəyə yayımlanacaq

Gündəm

Xəbər lenti

Beynəlxalq Cüdo Federasiyası (IJF) Bakıdakı dünya çempionatını yayımlayacaq telekanalların adlarını açıqlayıb.

Agyol.az xəbər verir ki, yayımçılar arasında CNN, Euronews, BBC kimi nəhəng telekanallar da var. Bu il auditoriyanın rekord əhatə dairəsi olacaq. Çempionatı 190-dan çox ölkədə izləmək mümkün olacaq.

86 ölkə isə birbaşa öz telekanalları vasitəsilə çempionatı ekranlara gətirəcək. Azərbaycan ərazisində nüfuzlu yarış AZTV (İdman Azərbaycan) və CBC Sport telekanalları vasitəsilə yayımlanacaq.




  Yayım tarixi :19 Sentyabr 2018   11:13

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .