XƏBƏR
22:31

  Prezident Administrasiyası: Türkiyə və Azərbaycan dəfələrlə bir-birinə dostluq və qardaşlığı sübut edib

Gündəm

Xəbər lenti

Türkiyə və Azərbaycan dəfələrlə bir-birinə dostluq və qardaşlığı sübut edib.

Agyol.az xəbər verir ki, bu fikri özəl olaraq Türkiyə Prezident Administrasiyasından bildiriblər.

Prezident Administrasiyasından qeyd edilib: “Bakı və Ankaranı təkcə indiki iqtisadi və siyasi münasibətlər deyil, həm də mədəni və tarixi əlaqələr bağlayır. Azərbaycan Türkiyə üçün ən etibarlı tərəfdaşlardan biri olub və olmaqda davam edir”.

Müsahibin sözlərinə görə, Ankara və Bakı öz potensialını təkcə Türkiyə və Azərbaycan xalqlarının rifahı üçün deyil, həm də bütün regionun rifahı üçün istifadə edə bilib. Bunu birgə reallaşdırılmış enerji və iqtisadi layihələr təsdiq edir:

“Bakı-Tbilisi-Qars dəmir yolu, Transanadolu qaz kəməri (TANAP) kimi layihələr Türkiyə və Azərbaycan üçün vacib layihələrdir”.

Qeyd olunur ki, Türkiyə və Azərbaycan üçtərəfli əməkdaşlıq formatlarının əsas ölkələridir:

“Ankara və Bakının münasibətləri təkcə iqtisadi və enerji layihələri ilə məhdudlaşmır. Bu gün Azərbaycan və Türkiyə regionda aparıcı ölkələrdəndir ki, bu da onlara bütün sahələrdə münasibətləri inkişaf etdirməyə imkan verir. Ankara bütün sahələrdə, o cümlədən müdafiə sənayesi sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir”.

 




  Yayım tarixi :18 Sentyabr 2018   22:31

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .