XƏBƏR
20:56

  Prezident İlham Əliyev: Azərbaycan sənaye inkişafı istiqamətində çox düzgün yoldadır

Gündəm

Xəbər lenti
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

Azərbaycan sənaye inkişafı istiqamətində çox düzgün yoldadır.

Agyol.az xəbər verir ki, bunu Prezident İlham Əliyev sentyabrın 18-də Masallı Sənaye Məhəlləsinin açılışında iştirak edərkən çıxışında deyib.

Dövlət başçısı bildirib:

"Bu gün Masallı rayonunun həyatında əlamətdar bir gündür. Biz Masallı Sənaye Məhəlləsinin açılışını qeyd edirik. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik etmək istəyirəm. Burada çalışan insanlara, sahibkarlara, fəhlələrə uğurlar arzulamaq istəyirəm. Çox gözəl hadisədir. Bu təşəbbüs Masallı rayonunun sənaye potensialının möhkəmlənməsinə xidmət göstərəcək. Burada hazırda 200 iş yeri var, bundan sonra isə daha çox iş yeri yaradılacaq.

Biz indi Sənaye Məhəlləsinin birinci mərhələsini işə salırıq. Ərazi kifayət qədər genişdir və gələcəkdə burada əlavə korpuslar tikiləcək. Mən əminəm ki, burada minlərlə insan işlə təmin olunacaq və eyni zamanda, biz idxaldan asılılığı da azaldacağıq".

Prezident İlham Əliyev deyib ki, ümumiyyətlə, bölgələrdə sənaye məhəllələrinin yaradılması təşəbbüsü çox düzgün bir addım idi:

"Artıq həyat bunu göstərir. Bir neçə rayonda belə məhəllələr, sənaye parkları yaradılıb, o cümlədən Masallı rayonunda. Biz bundan əvvəl Sumqayıtda, Mingəçevirdə, Neftçalada belə mərkəzlərin açılışını qeyd etmişik, bu gün isə Masallıda. Hacıqabul və Sabirabad rayonlarında sənaye zonalarının yaradılması prosesi gedir. Bu, ilk növbədə, dövlətin siyasətini göstərir. Çünki dövlət buraya əsas vəsaiti qoyan tərəfdir. Həm yerin seçilməsi, bütün infrastrukturun, kommunikasiyaların yaradılması, sənaye və ofis binalarının tikintisi dövlət hesabına həll olunur. Bu, dövlətin sahibkarlara böyük dəstəyidir. Sahibkarlar da öz tərəfindən sərmayə gətirərək avadanlıq alırlar, işi düzgün təşkil edirlər və fəaliyyətə başlayırlar. Əgər biz bu təşəbbüsə start verməsəydik yəqin ki, bu müəssisələr də yaradılmazdı. Hazırda Masallıda bu istiqamətdə işlər yaxşı gedir".

Azərbaycan Prezidenti deyib ki, bütövlükdə ölkəmizdə sənayeləşmə ilə bağlı siyasət uğurla davam etdirilir:

"Təkcə onu demək kifayətdir ki, bu ilin 8 ayında ölkəmizin qeyri-neft sənayesi təxminən 11 faiz artıb. Bu, çox böyük göstəricidir və doğrudan da göstərir ki, bu sahədə nə qədər böyük işlər görülüb və görüləcəkdir.

Bakı və Sumqayıt şəhərləri Cənubi Qafqazın əsas sənaye şəhərləridir. Bu il Sumqayıt şəhərində böyük sənaye müəssisələrinin yaradılması təmin edilir. Bir neçə ay bundan əvvəl onlardan birinin - polipropilen zavodunun açılışı olmuşdur, polietilen zavodunun açılışı isə ilin sonuna planlaşdırılır. Bu iki zavodun sərmayə həcmi 800 milyon dollardan çoxdur. Ümumiyyətlə, Sumqayıt Kimya Sənaye Parkına qoyulan və qoyulacaq sərmayənin həcmi 2 milyard dollardan çoxdur. Əgər biz vaxtilə o böyük ərazini orada olan yararsız vəziyyətə düşmüş binalardan təmizləməsəydik, sahibkarlara bu şəraiti yaratmasaydıq, dövlət vəsaiti qoyulmasaydı 2 milyard dollar vəsait də qoyulmazdı.

Ona görə bu gün Masallıda həyata keçirilən bu gözəl layihə göstərir ki, Azərbaycan sənaye inkişafı istiqamətində çox düzgün yoldadır, çox düzgün addımlar atılır, iş yerləri, yerli istehsal yaradılır və idxaldan asılılıq azalır. Bu gün mənə göstərilən müəssisələrin fəaliyyəti məhz bu məqsədi güdür. İdxaldan asılılıq azalır, yerli istehsal yaradılır, vergilər ödəniləcək və insanlar işlə təmin olunacaqlar. Azərbaycanda əhali artır. Masallı da əhali baxımından ən böyük rayonlarımızdan biridir, ona görə yeni iş yerlərinin yaradılması prosesi daim getməlidir.

Masallı rayonuna həmişə böyük diqqət göstərilmişdir. Bu, mənim Prezident kimi Masallı rayonuna 10-cu səfərimdir. Bütün səfərlər zamanı biz çox önəmli obyektlərin, layihələrin açılışını qeyd etmişik, o cümlədən bu gün. Masallıda infrastruktur layihələrinin icrası uğurla gedir. Qazlaşdırma 100 faizə yaxınlaşır və əminəm ki, gələn il bütün yaşayış məntəqələri və bütün sakinlər qazla tam təmin olunacaqlar. Bu, tarixi nailiyyət olacaq. Çünki Masallıda əvvəlki illərdə qazlaşdırma çox aşağı səviyyədə idi. Heç şəhərin böyük hissəsi qazla təmin edilmirdi, o ki qaldı, kəndlərə, ümumiyyətlə, qaz yox idi. İndi biz 100 faizə yaxınlaşırıq. Elektrik enerjisi ilə bağlı məsələlər öz həllini tapır, yeni yarımstansiyalar tikilir ki, Masallı sakinləri dayanıqlı enerji ilə təmin edilsinlər. Mən 2016-cı ildə burada olarkən biz şəhərin içməli su layihəsinin açılışını qeyd etdik. Hesab edirəm ki, bu da tarixi hadisədir. Masallı şəhəri tam, ən yüksək standartlara cavab verən içməli su ilə təmin edilib. İndi kəndlərin su problemləri öz həllini tapır".

Prezident İlham Əliyev deyib ki, digər infrastruktur layihələrinə gəldikdə, yol tikintisi, xüsusilə kənd yollarının tikintisi uğurla gedir:

"Mənə verilən məlumata görə, kənd yollarının təxminən 85 faizi yenidən qurulub. Əminəm ki, növbəti illərdə Masallı rayonunda təmirsiz bir dənə də kənd yolu qalmayacaq. Masallı şəhərinin küçələrinin yenidən qurulması üçün mənə rayondan müraciət edilib və müraciətə müsbət reaksiya verilib. Əminəm ki, yaxın gələcəkdə şəhərin bütün küçələri də ən yüksək səviyyədə yenidən qurulacaqdır. Yol infrastrukturuna gəldikdə, onu da bildirməliyəm ki, bu gün Bakı-Astara magistral yolunun açılışı olmuşdur. Bu da tarixi layihədir. Çünki Azərbaycanın imkanını göstərir və eyni zamanda, yol çox keyfiyyətlidir, ən yüksək dünya standartlarına cavab verir və məsafə baxımından Bakıdan Astaraya gedən yol təxminən 40 kilometr qısalır. Çünki yeni yol xətti salınıb. Əvvəllər o yerlərdə bataqlıq olubdur və artıq yeni yol şəhərlərə girmir, - nə Biləsuvar, nə də Masallı şəhərlərinə, - yeni bir istiqamətlə düz sərhədə qədər gedir. Əlbəttə, Masallı rayon sakinləri də hesab edirəm ki, bunu çox yüksək qiymətləndirəcəklər. Çünki magistral yolla, xüsusilə yük maşınlarının gecə-gündüz o tərəf-bu tərəfə işləməsi insanları narahat edirdi, müəyyən təhlükə yaradırdı.

Bu, infrastruktur layihələri ilə bağlı olan işlərdir. Sosial məsələlər Masallı rayonunda uğurla həll olunur. Mən bütün açılışları yaxşı xatırlayıram. Mərkəzi rayon xəstəxanasının əsaslı təmirdən sonra açılışı, göz xəstəxanasının, olimpiya kompleksinin, gənclər evinin, “ASAN xidmət” mərkəzinin açılışları – bütün bunlar çox önəmli layihələrdir. Cənub zonasında birinci “ASAN xidmət” məhz Masallı şəhərində yaradılıb və mən iki il bundan əvvəl açılışda iştirak etmişəm. Mənə verilən məlumata görə, Masallı sakinləri və qonşu rayonlardan gələn vətəndaşlar xidmətin işini yüksək qiymətləndirirlər.

Beləliklə, hesab edirəm ki, biz Masallı rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı bütün əsas işləri görmüşük. Əlbəttə, görüləsi işlər hələ çoxdur. Baxmayaraq ki, 40-dan çox məktəb tikilib və əsaslı təmir edilib, hələ də təmirə ehtiyacı olan məktəblər kifayət qədər çoxdur, onları da biz həll edəcəyik. Əsas odur ki, bütün məsələlər həll olunur, yerlərdən gələn təkliflərə müsbət baxılır. Biz gələn ilin əvvəlində regionların sosial-iqtisadi inkişafına dair yeni Dövlət Proqramını qəbul edəcəyik və yerlərdən gələn təkliflər əlbəttə ki, proqramın tərtibatında mühüm rol oynayacaq. Ona görə sakinləri narahat edən məsələlər mütləq məruzə edilsin, bizə göndərilsin ki, növbəti proqramda bu günə qədər həll olunmayan bütün məsələlər öz əksini tapsın.

Bir daha sizi bu gözəl hadisə münasibətilə təbrik edirəm, sizə uğurlar arzulayıram".


Prezident İlham Əliyev: Milli Ordunun 100 illiyinə və Bakının işğalçılardan azad olunmasına həsr edilmiş hərbi paradlar bizim gücümüzü, qüdrətimizi göstərib

 


Milli Ordunun 100 illiyinə və Bakının işğalçılardan azad olunmasına həsr edilmiş hərbi paradlar bizim gücümüzü, qüdrətimizi göstərib.

Agyol.az xəbər verir ki, bunu Prezident İlham Əliyev sentyabrın 18-də Biləsuvar rayonunun Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolunun açılışında çıxış edərkən deyib.

Dövlət başçısı bildirib:

"Bu gün Biləsuvar rayonunda çox gözəl bir gündür, biz yeni kənd yolunun açılışını qeyd edirik. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Bu yol bir neçə kəndi birləşdirir. On beş kilometr uzunluğunda olan bu yol ən yüksək standartlara cavab verir. Bu kəndlərdə 16 min əhali yaşayır. Bu yol insanlara rahatlıq verəcək.

Biləsuvar rayonunda yol infrastrukturunun yenilənməsi uğurla davam edir. Son illərdə rayonun əksər kənd yolları əsaslı şəkildə təmir və bərpa olunub. Mənə verilən məlumata görə, Biləsuvar rayonunun kəndlərinin təqribən 80 faizi artıq müasir yollarla təmin edilib. Bu gün buraya gələrkən magistral yoldan Biləsuvar şəhərinə qədər – bu yola qədər yolun keyfiyyətinə fikir verdim və heç də mənim xoşuma gəlmədi. Bilirəm ki, sizin də bu yolla bağlı fikirləriniz var. Ona görə indi dərhal göstəriş vermişəm, müvafiq Sərəncam imzalanacaq, bu il Prezidentin ehtiyat fondundan ilkin vəsait ayrılacaq və gələn ilin təqribən yaz aylarına qədər bu yol tam əsaslı təmir ediləcək. Bu yolun uzunluğu 14 kilometrdir. Yol həm keyfiyyətsizdir, sıradan çıxıb, həm də ensizdir. Göstəriş vermişəm, daha da enli yol salınsın ki, Biləsuvar şəhərinə giriş çox gözəl, möhtəşəm olsun".

Prezident İlham Əliyev deyib ki, ölkəmizdə yol tikintisi ilə bağlı işlər uğurla gedir:

"Bu gün Masallı rayonunda bir neçə kəndi birləşdirən 24 kilometr uzunluğunda yolun açılışını qeyd etdik, indi isə Biləsuvarda. Yəni, biz bir gündə 40 kilometrə yaxın kənd yollarının açılışını qeyd etdik.

Ölkəmizdə yol tikintisi geniş vüsət alıb. Bu il Dövlət İnvestisiya Proqramında ən azı 600 kəndin yolunun əsaslı təmir olunması nəzərdə tutulub və yenidən qurulur. O cümlədən magistral yolların salınması, onların ən yüksək standartlara çatdırılması prosesi də gedir.

Bu gün ölkə əhəmiyyətli Bakı-Astara yolunun açılışını da qeyd etdik. Bu, çox gözəl yoldur. Deyə bilərəm ki, dünyanın ən yüksək standartlarına cavab verir, çox rahat, təhlükəsiz bir yoldur. Onu da qeyd etməliyəm ki, bu yol Bakıdan Astaraya olan məsafəni 40 kilometr qısaldır, çünki yolun məcrası dəyişib. Beləliklə, vətəndaşlar daha rahat gedib-gələ biləcəklər. Eyni zamanda, əvvəlki yol Biləsuvar şəhərinin içi ilə gedirdi və əlbəttə ki, şəhər sakinləri üçün müəyyən narahatlıq yaradırdı. Yadımdadır, 2000-ci ildə günlərin birində mən o yol ilə gələrkən mənim yaxın dostumla da görüşmüşdüm. 2000-ci ildə parlament seçkiləri ərəfəsində, Yay Olimpiya Oyunlarından sonra yolda dayanıb məni salamlayırdı, alqışlayırdı. Mən bu kişini tanımırdım. Maşını saxladım, görüşdük, tanış olduq. O vaxtdan bu günə qədər hər dəfə Biləsuvarda olarkən görüşürük. İndi isə magistral yol çəkilib. Biləsuvar rayonunun yolları əsaslı şəkildə təmir olunur".

Dövlət başçısı bildirib ki, Biləsuvar rayonuna diqqət daim yüksək səviyyədə olubdur:

"Bu, mənim Prezident kimi rayona altıncı səfərimdir. Əvvəlki səfərlər zamanı biz bir çox sosial, iqtisadi obyektlərin açılışında görüşmüşük - xəstəxananın, Olimpiya İdman Mərkəzinin tikintisi, məktəblərin açılışı. Bir sözlə, Biləsuvarda sosial-iqtisadi inkişaf uğurla gedir, rayonun infrastruktur layihələri icra edilir, qazlaşdırmanın səviyyəsi 90 faizə yaxındır. Göstəriş vermişəm ki, gələn il Biləsuvar rayonunun qazlaşdırılması 100 faizə çatdırılsın, bu günə qədər həll olunmayan layihələr də icra edilsin. Təqribən 5 il bundan əvvəl burada olarkən biz içməli su layihəsinin açılışını qeyd etdik. Azərbaycanda elektrik stansiyalarının tikintisi nəticəsində yeni yarımstansiyalar da inşa olunur, dayanıqlı enerji ilə təminat yaxşılaşır. Bir sözlə, infrastruktur məsələlərinin həlli gözəl imkanlar yaradır, həm insanların rahatlığını təmin edir, həm də iqtisadi inkişafa təkan verir".

Prezident İlham Əliyev qeyd edib ki, ölkəmizdə kənd təsərrüfatının inkişafı ilə bağlı çox ciddi addımlar atılır:

"Biz əsas ərzaq məhsulları ilə özümüzü təminetmə səviyyəsinə çox yaxınlaşmışıq. Biləsuvar rayonunda kənd təsərrüfatı, o cümlədən pambıqçılıq və digər sahələr uğurla inkişaf edir. Pambıqçılığa gəldikdə, deyə bilərəm ki, son üç il ərzində əkin sahələri üç-dörd dəfə artırılıb. Məndə olan məlumata görə, bu il 12 min hektarda pambıq əkini təşkil edilibdir, üç il bundan əvvəl isə cəmi 3 min hektarda. Çünki pambıqçılıq Biləsuvar üçün ənənəvi kənd təsərrüfatı sahəsidir, əməktutumlu sahədir, məşğulluğu artırır, insanların rifah halını yaxşılaşdırır. Kənd təsərrüfatının digər sahələri də böyük önəm daşıyır. Bu ilin 8 ayında kənd təsərrüfatımız əhəmiyyətli dərəcədə artıb, sənaye istehsalı artıb, qeyri-neft sənayemiz isə təxminən 11 faiz artıb. Biz bu istiqamətdə işlərimizi bundan sonra da davam etdirəcəyik.

Azərbaycanın hər bir rayonunda quruculuq-abadlıq işləri aparılır və rayonların inkişafına böyük sərmayə qoyulur. Yol tikintisi, içməli su xətlərinin çəkilişi, qazlaşdırma - bütün bunlar böyük vəsait tələb edir. Azərbaycan dövləti bu istiqamətdə öz siyasətini aparır, insanların sosial rifahı, onların yaxşı yaşaması üçün bütün işlər görülür. Bizim kifayət qədər böyük imkanlarımız var, həm iqtisadi imkanlarımız, maliyyə resurslarımız. Bu il biz öz valyuta ehtiyatlarımızı əhəmiyyətli dərəcədə artıracağıq. Səkkiz ayın yekunları da çox müsbətdir. Bizim ixracımız əhəmiyyətli dərəcədə artıb və ixrac idxalı təqribən ən azı 5 milyard dollar səviyyəsində üstələyir. Bu da iqtisadi sabitliyə, manatın məzənnəsinin möhkəm səviyyədə saxlanmasına xidmət edir və bizə imkan verir ki, bundan sonra da bir çox önəmli layihələri icra edək. Bütün bunları biz öz hesabımıza edirik. Biz güclü iqtisadiyyata malikik və bu gün Azərbaycan dünya miqyasında özünü ən yüksək səviyyədə təqdim edir".

Prezident İlham Əliyev bildirib ki, əlbəttə ki, ordu quruculuğu ilə bağlı məsələlər öz həllini tapır:

"Bu gün Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusu sırasındadır. İyun ayında Azərbaycan Milli Ordusunun 100 illiyinə və bir neçə gün bundan əvvəl Bakının işğalçılardan azad olunmasına həsr edilmiş hərbi paradlar bizim gücümüzü, qüdrətimizi göstərib. Əlbəttə, bizim ordumuzun bu səviyyədə olması hər bir vətəndaş üçün qürur mənbəyidir.

Bu gün bizim tədbirdə Milli Qəhrəman Mübariz İbrahimovun atası iştirak edir. Ona mən xüsusi minnətdarlığımı bildirmək istəyirəm ki, onun ailəsində Milli Qəhrəman, bizim unudulmaz əsgərimiz, qəhrəmanımız Mübariz böyüyüb, tərbiyə alıb, Vətən uğrunda döyüşüb, Vətən uğrunda həlak olub, şəhid olub. Təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıbdır. O, bilirdi ki, ölümə gedir, bilirdi ki, o döyüşdən sağ-salamat çıxmayacaq. Buna baxmayaraq, canından keçdi və düşmənə Azərbaycan əsgərinin hansı keyfiyyətə malik olduğunu nümayiş etdirdi. Biləsuvar rayonu fəxr edə bilər ki, belə gözəl övlad yetişdirib və bu gün Azərbaycan Ordusunda vətənpərvərlik ruhunun yüksək səviyyədə olması Mübariz kimi övladlarımızın addımları, qəhrəmanlığı nəticəsində olmuşdur.

Bu gün Ermənistan ordusu bizimlə rəqabət apara bilməz. Ermənistan indi çox ağır vəziyyətə düşüb. İyirmi il Ermənistana rəhbərlik etmiş kriminal diktatura rejimi çöküb. Mən dəfələrlə demişdim ki, Ermənistanı quldur dəstə idarə edir və bu gün bunu erməni xalqı deyir. Ancaq əfsuslar olsun ki, Ermənistanda rəhbərliyə gəlmiş yeni simalar öz məsuliyyətini dərk etmir, sarsaq bəyanatlar verirlər və təmas xəttində, Ermənistan-Azərbaycan sərhədində gərginliyə rəvac verən addımlar atırlar. Azərbaycan Ordusu onlara layiqli cavabını verir, verəcək, necə ki, 2016-cı ilin aprel döyüşlərində onları yerinə oturtdu, torpaqlarımızın bir hissəsini azad etdi, bu ilin may ayında Naxçıvan istiqamətində uğurlu əməliyyat nəticəsində böyük ərazi nəzarətimizə keçdi. Bundan sonra da biz onlara lazım olan vaxtda tutarlı cavablar verəcəyik. Düşmən bilir ki, bizim qarşımızda duruş gətirə bilməz. Baxın, bir neçə gün bundan əvvəl onların silahlı təxribatı nəticəsində Ermənistan-Azərbaycan sərhədində atışma olubdur və əsgərlərimiz onlara elə dərs veriblər ki, çətin ki, yaxın günlərdə özlərinə gəlsinlər.

Biz bu istiqamətdə siyasətimizi ardıcıl olaraq aparacağıq, ordumuzu daha da gücləndirəcəyik, daha da böyük vəsait ayıracağıq və ordumuzun döyüş qabiliyyətini daha da möhkəmləndirəcəyik. Nümayiş etdirilən paradda bizim texniki imkanlarımız, əsgər-zabitlərimizin hazırlığı düşmənə yaxşı bir siqnaldır ki, otursun yerində, yoxsa, axırı pis olar.

Biz isə bundan sonra da uğurla inkişaf edəcəyik. Ordu quruculuğu, iqtisadi potensialın, beynəlxalq mövqelərimizin möhkəmlənməsi – bütün bu istiqamətlər üzrə uğurlu siyasət aparılır. Bu gün Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik olan bir ölkədir, sabitlik adasıdır, təhlükəsizlik adasıdır, inkişaf, quruculuq yeridir. Bunun təməlində Azərbaycan xalqının zəhməti, xalq-iqtidar birliyi dayanır.

Mən sizi bir daha bu gözəl hadisə münasibətlə ürəkdən təbrik edirəm, sizə yeni uğurlar arzulayıram".


Azərbaycan Prezidenti: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin


Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin.

Agyol.az xəbər verir ki, bunu Prezident İlham Əliyev sentyabrın 18-də Biləsuvar rayonunun Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolunun açılışında çıxış edərkən deyib.

Prezident İlham Əliyev deyib:

"Bu gün Ermənistan ordusu bizimlə rəqabət apara bilməz. Ermənistan indi çox ağır vəziyyətə düşüb. İyirmi il Ermənistana rəhbərlik etmiş kriminal diktatura rejimi çöküb. Mən dəfələrlə demişdim ki, Ermənistanı quldur dəstə idarə edir və bu gün bunu erməni xalqı deyir. Ancaq əfsuslar olsun ki, Ermənistanda rəhbərliyə gəlmiş yeni simalar öz məsuliyyətini dərk etmir, sarsaq bəyanatlar verirlər və təmas xəttində, Ermənistan-Azərbaycan sərhədində gərginliyə rəvac verən addımlar atırlar. Azərbaycan Ordusu onlara layiqli cavabını verir, verəcək, necə ki, 2016-cı ilin aprel döyüşlərində onları yerinə oturtdu, torpaqlarımızın bir hissəsini azad etdi, bu ilin may ayında Naxçıvan istiqamətində uğurlu əməliyyat nəticəsində böyük ərazi nəzarətimizə keçdi. Bundan sonra da biz onlara lazım olan vaxtda tutarlı cavablar verəcəyik. Düşmən bilir ki, bizim qarşımızda duruş gətirə bilməz. Baxın, bir neçə gün bundan əvvəl onların silahlı təxribatı nəticəsində Ermənistan-Azərbaycan sərhədində atışma olubdur və əsgərlərimiz onlara elə dərs veriblər ki, çətin ki, yaxın günlərdə özlərinə gəlsinlər. Biz bu istiqamətdə siyasətimizi ardıcıl olaraq aparacağıq, ordumuzu daha da gücləndirəcəyik, daha da böyük vəsait ayıracağıq və ordumuzun döyüş qabiliyyətini daha da möhkəmləndirəcəyik. Nümayiş etdirilən paradda bizim texniki imkanlarımız, əsgər-zabitlərimizin hazırlığı düşmənə yaxşı bir siqnaldır ki, otursun yerində, yoxsa, axırı pis olar. Biz isə bundan sonra da uğurla inkişaf edəcəyik. Ordu quruculuğu, iqtisadi potensialın, beynəlxalq mövqelərimizin möhkəmlənməsi – bütün bu istiqamətlər üzrə uğurlu siyasət aparılır. Bu gün Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik olan bir ölkədir, sabitlik adasıdır, təhlükəsizlik adasıdır, inkişaf, quruculuq yeridir. Bunun təməlində Azərbaycan xalqının zəhməti, xalq-iqtidar birliyi dayanır".

 

 Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir


Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir.

Agyol.az xəbər verir ki, bunu Prezident İlham Əliyev sentyabrın 18-də Masallı Sənaye Məhəlləsinin açılışında iştirak edərkən çıxışında deyib.

Dövlət başçısı bildirib:

"Digər infrastruktur layihələrinə gəldikdə, yol tikintisi, xüsusilə kənd yollarının tikintisi uğurla gedir. Mənə verilən məlumata görə, kənd yollarının təxminən 85 faizi yenidən qurulub. Əminəm ki, növbəti illərdə Masallı rayonunda təmirsiz bir dənə də kənd yolu qalmayacaq. Masallı şəhərinin küçələrinin yenidən qurulması üçün mənə rayondan müraciət edilib və müraciətə müsbət reaksiya verilib. Əminəm ki, yaxın gələcəkdə şəhərin bütün küçələri də ən yüksək səviyyədə yenidən qurulacaqdır. Yol infrastrukturuna gəldikdə, onu da bildirməliyəm ki, bu gün Bakı-Astara magistral yolunun açılışı olmuşdur. Bu da tarixi layihədir. Çünki Azərbaycanın imkanını göstərir və eyni zamanda, yol çox keyfiyyətlidir, ən yüksək dünya standartlarına cavab verir və məsafə baxımından Bakıdan Astaraya gedən yol təxminən 40 kilometr qısalır. Çünki yeni yol xətti salınıb. Əvvəllər o yerlərdə bataqlıq olubdur və artıq yeni yol şəhərlərə girmir, - nə Biləsuvar, nə də Masallı şəhərlərinə, - yeni bir istiqamətlə düz sərhədə qədər gedir. Əlbəttə, Masallı rayon sakinləri də hesab edirəm ki, bunu çox yüksək qiymətləndirəcəklər. Çünki magistral yolla, xüsusilə yük maşınlarının gecə-gündüz o tərəf-bu tərəfə işləməsi insanları narahat edirdi, müəyyən təhlükə yaradırdı".

 

İlham Əliyev: “Bu il ən azı 600 kəndin yolunun əsaslı təmiri nəzərdə tutulub”


“Bu gün Biləsuvar rayonunda çox gözəl bir gündür, biz yeni kənd yolunun açılışını qeyd edirik. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Bu yol bir neçə kəndi birləşdirir. On beş kilometr uzunluğunda olan bu yol ən yüksək standartlara cavab verir. Bu kəndlərdə 16 min əhali yaşayır. Bu yol insanlara rahatlıq verəcək. Biləsuvar rayonunda yol infrastrukturunun yenilənməsi uğurla davam edir”. Modern.az xəbər verir ki, bunu Prezident İlham Əliyev sentyabrın 18-də Biləsuvar rayonunun Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolunun açılışında çıxışı zamanı bildirib.

 

İlham Əliyev bildirib ki, son illərdə rayonun əksər kənd yolları əsaslı şəkildə təmir və bərpa olunub: “Mənə verilən məlumata görə, Biləsuvar rayonunun kəndlərinin təqribən 80 faizi artıq müasir yollarla təmin edilib. Bu gün buraya gələrkən magistral yoldan Biləsuvar şəhərinə qədər – bu yola qədər yolun keyfiyyətinə fikir verdim və heç də mənim xoşuma gəlmədi. Bilirəm ki, sizin də bu yolla bağlı fikirləriniz var. Ona görə indi dərhal göstəriş vermişəm, müvafiq Sərəncam imzalanacaq, bu il Prezidentin ehtiyat fondundan ilkin vəsait ayrılacaq və gələn ilin təqribən yaz aylarına qədər bu yol tam əsaslı təmir ediləcək. Bu yolun uzunluğu 14 kilometrdir. Yol həm keyfiyyətsizdir, sıradan çıxıb, həm də ensizdir. Göstəriş vermişəm, daha da enli yol salınsın ki, Biləsuvar şəhərinə giriş çox gözəl, möhtəşəm olsun.

 

Ölkəmizdə yol tikintisi ilə bağlı işlər uğurla gedir. Bu gün Masallı rayonunda bir neçə kəndi birləşdirən 24 kilometr uzunluğunda yolun açılışını qeyd etdik, indi isə Biləsuvarda. Yəni, biz bir gündə 40 kilometrə yaxın kənd yollarının açılışını qeyd etdik.

 

Ölkəmizdə yol tikintisi geniş vüsət alıb. Bu il Dövlət İnvestisiya Proqramında ən azı 600 kəndin yolunun əsaslı təmir olunması nəzərdə tutulub və yenidən qurulur. O cümlədən magistral yolların salınması, onların ən yüksək standartlara çatdırılması prosesi də gedir”.

 

Prezident vurğulayıb ki, bu gün ölkə əhəmiyyətli Bakı-Astara yolunun açılışı da qeyd edilib: “Bu, çox gözəl yoldur. Deyə bilərəm ki, dünyanın ən yüksək standartlarına cavab verir, çox rahat, təhlükəsiz bir yoldur. Onu da qeyd etməliyəm ki, bu yol Bakıdan Astaraya olan məsafəni 40 kilometr qısaldır, çünki yolun məcrası dəyişib. Beləliklə, vətəndaşlar daha rahat gedib-gələ biləcəklər. Eyni zamanda, əvvəlki yol Biləsuvar şəhərinin içi ilə gedirdi və əlbəttə ki, şəhər sakinləri üçün müəyyən narahatlıq yaradırdı. Yadımdadır, 2000-ci ildə günlərin birində mən o yol ilə gələrkən mənim yaxın dostumla da görüşmüşdüm. 2000-ci ildə parlament seçkiləri ərəfəsində, Yay Olimpiya Oyunlarından sonra yolda dayanıb məni salamlayırdı, alqışlayırdı. Mən bu kişini tanımırdım. Maşını saxladım, görüşdük, tanış olduq. O vaxtdan bu günə qədər hər dəfə Biləsuvarda olarkən görüşürük. İndi isə magistral yol çəkilib. Biləsuvar rayonunun yolları əsaslı şəkildə təmir olunur.

 

Biləsuvar rayonuna diqqət daim yüksək səviyyədə olubdur. Bu, mənim Prezident kimi rayona altıncı səfərimdir. Əvvəlki səfərlər zamanı biz bir çox sosial, iqtisadi obyektlərin açılışında görüşmüşük - xəstəxananın, Olimpiya İdman Mərkəzinin tikintisi, məktəblərin açılışı. Bir sözlə, Biləsuvarda sosial-iqtisadi inkişaf uğurla gedir, rayonun infrastruktur layihələri icra edilir, qazlaşdırmanın səviyyəsi 90 faizə yaxındır. Göstəriş vermişəm ki, gələn il Biləsuvar rayonunun qazlaşdırılması 100 faizə çatdırılsın, bu günə qədər həll olunmayan layihələr də icra edilsin. Təqribən 5 il bundan əvvəl burada olarkən biz içməli su layihəsinin açılışını qeyd etdik. Azərbaycanda elektrik stansiyalarının tikintisi nəticəsində yeni yarımstansiyalar da inşa olunur, dayanıqlı enerji ilə təminat yaxşılaşır. Bir sözlə, infrastruktur məsələlərinin həlli gözəl imkanlar yaradır, həm insanların rahatlığını təmin edir, həm də iqtisadi inkişafa təkan verir”.

 

İlham Əliyev qeyd edib ki, ölkəmizdə kənd təsərrüfatının inkişafı ilə bağlı çox ciddi addımlar atılır: “Biz əsas ərzaq məhsulları ilə özümüzü təminetmə səviyyəsinə çox yaxınlaşmışıq. Biləsuvar rayonunda kənd təsərrüfatı, o cümlədən pambıqçılıq və digər sahələr uğurla inkişaf edir. Pambıqçılığa gəldikdə, deyə bilərəm ki, son üç il ərzində əkin sahələri üç-dörd dəfə artırılıb. Məndə olan məlumata görə, bu il 12 min hektarda pambıq əkini təşkil edilibdir, üç il bundan əvvəl isə cəmi 3 min hektarda. Çünki pambıqçılıq Biləsuvar üçün ənənəvi kənd təsərrüfatı sahəsidir, əməktutumlu sahədir, məşğulluğu artırır, insanların rifah halını yaxşılaşdırır. Kənd təsərrüfatının digər sahələri də böyük önəm daşıyır. Bu ilin 8 ayında kənd təsərrüfatımız əhəmiyyətli dərəcədə artıb, sənaye istehsalı artıb, qeyri-neft sənayemiz isə təxminən 11 faiz artıb. Biz bu istiqamətdə işlərimizi bundan sonra da davam etdirəcəyik.

 

Azərbaycanın hər bir rayonunda quruculuq-abadlıq işləri aparılır və rayonların inkişafına böyük sərmayə qoyulur. Yol tikintisi, içməli su xətlərinin çəkilişi, qazlaşdırma - bütün bunlar böyük vəsait tələb edir. Azərbaycan dövləti bu istiqamətdə öz siyasətini aparır, insanların sosial rifahı, onların yaxşı yaşaması üçün bütün işlər görülür. Bizim kifayət qədər böyük imkanlarımız var, həm iqtisadi imkanlarımız, maliyyə resurslarımız. Bu il biz öz valyuta ehtiyatlarımızı əhəmiyyətli dərəcədə artıracağıq. Səkkiz ayın yekunları da çox müsbətdir. Bizim ixracımız əhəmiyyətli dərəcədə artıb və ixrac idxalı təqribən ən azı 5 milyard dollar səviyyəsində üstələyir. Bu da iqtisadi sabitliyə, manatın məzənnəsinin möhkəm səviyyədə saxlanmasına xidmət edir və bizə imkan verir ki, bundan sonra da bir çox önəmli layihələri icra edək. Bütün bunları biz öz hesabımıza edirik”.

 

 




  Yayım tarixi :18 Sentyabr 2018   20:56

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .