XƏBƏR
14:42

  Təlimlərdə iştirak edən qoşunlar əməliyyat təyinatı rayonlarına çıxarılır

Gündəm

Xəbər lenti
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

Genişmiqyaslı təlimlərin planına əsasən qoşunlar, hərbi texnika, döyüş və ehtiyat hərbi hissələri əməliyyat təyinatı rayonlarına çıxarılır.

Agyol.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimin hazırkı mərhələsinin şərtlərinə uyğun olaraq qoşunlar nəzərdə tutulan digər fəaliyyətləri də icra edir.

Qeyd edək ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə sentyabrın 17-dən Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri başlayıb.

Sentyabrın 22-dək davam edəcək təlimlərə 20 mindən artıq şəxsi heyət, 200-dən çox tank və digər zirehli texnika, 120-dən çox müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 10-dək qırıcı və bombardmançı, 20-dək müxtəlif təyinatlı ordu aviasiyası cəlb edilib.

 




  Yayım tarixi :18 Sentyabr 2018   14:42

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .