XƏBƏR
20:50

  Putin-Ərdoğan görüşündə İdliblə bağlı razılaşma əldə olundu - YENİLƏNİB

Gündəm

Xəbər lenti
16 Noyabr 10:46Ronaldo nişanlandı
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

Ərdoğanla İdlib məsələsində ciddi və razılaşdırılmış qərarla bağlı razılaşma əldə etdik.


Agyol.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Soçidə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlardan sonra bəyan edib.


Rusiya prezidenti türkiyəli həmkarı ilə konstruktiv danışıqlar keçirdiyini bildirib. 

Qeyd edək ki, Soçidə keçirilən danışıqlar 4,5 saat davam edib.


16.09

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri başlayıb.


Ərdoğanın olduğu “CAN” təyyarəsi günorta saatlarında Soçiyə eniş edib.


Bu dəqiqələrdə isə Türkiyə prezidenti ilə rusiyalı həmkarı Vladimir Putin arasında təkbətək görüş başlayıb.


Xatırladaq ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu, enerji və təbii sərvətlər naziri Fatih Dönməz, maliyyə naziri Berat Albayrak, müdafiə naziri Hulusi Akar və ticarət naziri Ruhsar Pekcan Ərdoğanı Soçi şəhərində müşayiət edir.




  Yayım tarixi :17 Sentyabr 2018   20:50

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .