XƏBƏR
20:44

  Elman Nəsirov: "Paşinyan belə sərsəm bəyanatlar verməklə öz hakimiyyətinin ömrünü qısaldır"

Gündəm

Xəbər lenti
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatları onun psixi durumunda da problemlər olduğunu göstərir.



 Milli Məclisin deputatı, politoloq Elman Nəsirov deyib.


Agyol.az xəbər verir ki,E.Nəsirovun sözlərinə görə, N.Paşinyan bir-birinin ardınca elə təxribatçı bəyanatlar verir ki, onun siyasi məsləhətçidən çox həkim rəyinə ehtiyacı var:


"Paşinyan bir yandan Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin danışıqlarda tərəf kimi iştirak etməsi ideyasını ortaya atır, belə absurd məsələni gündəmə gətirir, digər tərəfdən, Dağlıq Qarabağın ətrafında işğal olunmuş rayonların da qondarma rejmin tərkib hissəsi olması ilə bağlı çox mənasız mövqe ortaya qoyur. İndi isə o, Azərbaycan Prezidenti İlham Əliyevin oğlu Heydər Əliyevin hərbi xidmətə getməsi ilə bağlı məsələyə öz absurd prizmasından yanaşır və yenidən öz auditoriyasına ünvanlanmış mövqe ortaya qoyur. Məsələ ondadır ki, Azərbaycan Prezidentinin oğlu Heydər Əliyev ali təhsilini başa vurduqdan sonra qanunvericiliyə uyğun olaraq hərbi xidmətə çağrılıb, andiçmə mərasimi də keçirilib. O ki qaldı Paşinyana, o, küçə auditoriyasına xitabən addım atır, yəni onların xoşuna gəlmək üçün deyir ki, guya öz oğlunu Dağlıq Qarabağda hərbi xidmətə göndərir. Ancaq aydın olur ki, Paşinyanın oğlunun Azərbaycanın işğal edilmiş Cəbrayıl rayonunda hərbi xidmətdə adı getsə də, onun tez-tez Xankəndində olması barədə məlumatlar yayılır. Yəni adı Cəbrayılda hərbi xidmətdə gedir, ancaq faktiki olaraq orada hərbi xidmət keçmir".


Politoloq qeyd edib ki, Paşinyanın təxribatçı yanaşmalarının kökündə bir məsələ dayanır: "Paşinyan ölkəsindəki ikihakimiyyətliliyə son qoymaq istəyir. Çünki ali icra hakimiyyəti onun əlindədir, qanunverici hakimiyyətin isə özünə düşmən bildiyi insanların əlində olduğunu düşünür və parlament seçkilərində qalib gəlmək üçün belə sərsəm bəyanatlar verməkdə davam edir. Yəni may ayına qədər onun çox belə sərsəm bəyanatlarının və mövqeyinin şahidi olacağıq, ancaq Paşinyan unutmamalıdır ki, Azərbaycanın daxili işlərinə qarışmaqla nəticə etibarilə öz hakimiyətinin ömrünü qısaldır. O, Sarkisyanın nəyə görə hakimiyyətdən getdiyini unutmamalıdır. Azərbaycan Prezidenti İlham Əliyev də bir neçə dəfə qarşı tərəfin diqqətinə çatdırıb ki, Sarkisyanın hakimiyyətdən getməsində Azərbaycanın da rolu olub. Çünki Azərbaycan Sarkisyanın işğalçı siyasətinə görə bu dövlətə qarşı davamlı təcrid siyasəti həyata keçirib və bizim təcrid siyasətimiz Ermənistanı bu qədər zəiflətdi və Sarkisyanın hakimiyyətdən getməsini şərtləndirdi".


Millət vəkili əlavə edib ki, əgər N.Paşinyan bundan sonra da təxribatçı əməllərindən, Azərbaycanın daxili işlərinə qarışmaqdan əl çəkməsə, onun hakimiyyətdə qalması yəqin ki, uzun çəkməyəcək.




  Yayım tarixi :17 Sentyabr 2018   20:44

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .