XƏBƏR
11:05

  Kənd Təsərrüfatı Nazirliyinin kollegiyasının yeni tərkibi təsdiqləndi

Gündəm

Xəbər lenti
16 Noyabr 10:46Ronaldo nişanlandı
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

Nazirlər Kabineti Kənd Təsərrüfatı Nazirliyinin kollegiyasının yeni tərkibini təsdiq edib.

 

Agyol.az-ın məlumatına görə, bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara görə, Kənd Təsərrüfatı Nazirliyinin kollegiya üzvlərinin sayı 15 (on beş) nəfərdən ibarət müəyyənləşdirilir və aşağıdakı tərkibdə təsdiq edilir:

 

Kollegiyanın sədri:

 

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri

 

Kollegiyanın üzvləri:

 

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavinləri

Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Aparatının rəhbəri

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin rəisi

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəisi

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidmətinin rəisi

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aparatının bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aparatının heyvandarlığın təşkili və identifikasiyası şöbəsinin müdiri

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aparatının hüquq şöbəsinin müdiri”.

 




  Yayım tarixi :16 Avqust 2018   11:05

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .