XƏBƏR
21:29

  Lavrov Xəzər sammitinin effektivliyini "tamamilə rekord" adlandırıb

Gündəm

Xəbər lenti
16 Noyabr 10:46Ronaldo nişanlandı
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

Qazaxıstanda Xəzər dənizinin statusu ilə bağlı Konvensiyanın və bir sıra hökumətlərarası sazişlərin imzalanması ilə nəticələnən sammitin effektivliyi Xəzərlə bağlı bütün danışıqlarda rekorddur.

Agyol.az ın məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

S.Lavrov deyib: "Beş ölkənin prezidentləri mətbuata verdikləri bəyanatlarda görüşün nəticələrinə ən yüksək qiymətlərini verdilər. "Tarixi" və "epoxal" hadisə ifadələri səsləndi. Bu, şişirdilmiş deyil. 22 il iş getdi, bu, sadə məsələ deyil. Başlanğıcda ziddiyətli mövqelər var idi, dəniz yoxsa göl... "

Nazirin sözlərinə görə, Aktau zirvəsində qəbul edilən Konvensiya Xəzər dənizinin hüquqi statusunu müəyyənləşdirdi və hələ həll edilməmiş məsələlərdə yekun razılıq üçün təməl qoydu.

S.Lavrov qeyd edib ki, bundan başqa Konvensiya sayəsində "Xəzər dənizində əməkdaşlıqla bağlı istənilən məsələni nəzərdən keçirmək üçün tamamilə universal əsas" yarandı.

Rusiya XİN baçşısı sammitin həmçinin ticarət-iqtisadi əməkdaşlıq və nəqliyyat üzrə hökumətlərarası sazişlərin, Xəzərdə insidentlərin qarşısının alınması üzrə hökumətlərarası sazişin, terrorçuluqla mübarizə, terrorçuluğa qarşı mübarizə, mütəşəkkil cinayətkarlıq və sərhəd xidmətləri arasında əməkdaşlıq üzrə üç hökumətlərarası protokolun imzalanması baxımından da əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısı keçirilib. Toplantıda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb.

 




  Yayım tarixi :14 Avqust 2018   21:29

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .