XƏBƏR
11:14

  “ASAN xidmət” və “ASAN Kommunal”da iş vaxtı dəyişdi

Gündəm

Xəbər lenti
16 Noyabr 10:46Ronaldo nişanlandı
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

Çoxsaylı müraciətləri və aparılmış statistik təhlilləri nəzərə alaraq vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə 20 avqust 2018-ci tarixindən “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində xidmət daha erkən başlayacaq.


Agyol.az xəbər verir ki, müvafiq tarixdən “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri həftənin bazar ertəsi – cümə günləri saat 09:00-dan 19:00-dək, şənbə və bazar günləri isə 09:00-dan 17:00-dək fəaliyyət göstərəcək. Yalnız “ASAN Kommunal” mərkəzlərində bazar günü qeyri-iş günüdür. 

Eyni zamanda 108 Çağrı mərkəzinin iş rejimində də dəyişiklik ediləcək. Mərkəz bazar ertəsi - cümə günləri saat 09:00-dan 18:00-dək, şənbə günü isə saat 09:00-dan 13:00-dək fəaliyyət göstərəcək.  

“ASAN xidmət” mərkəzləri Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılıb.

Hazırda 13 “ASAN xidmət” və 2 “ASAN Kommunal” mərkəzi fəaliyyət göstərir. Bu günə kimi mərkəzlərdə göstərilən xidmətlərin keyfiyyətinin ölçülməsi məqsədilə mütəmadi rəy sorğuları keçirilir, Dövlət Agentliyinə daxil olan müraciətlərə baxılaraq təhlillər aparılır, vətəndaş məmnunluğunun təmin edilməsi üçün müvafiq tədbirlər görülür.

 




  Yayım tarixi :14 Avqust 2018   11:14

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .