XƏBƏR
13:32

  Rəcəb Tayyib Ərdoğan: ABŞ Türkiyəni yeni müttəfiqlər axtarmağa vadar edir

Gündəm

Xəbər lenti
16 Noyabr 10:46Ronaldo nişanlandı
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

ABŞ-ın Türkiyəyə qarşı atdığı birtərəfli addımlar sadəcə Amerikanın maraqlarına zərbə vurur və Ankaranı yeni müttəfiqlər axtarmağa məcbur edir.


Agyol.az, xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “The New York Times” qəzetində dərc olunan “Türkiyə ABŞ-la böhranı necə görür” başlıqlı məqaləsində yazıb.

“Şərin bütün dünyada pusquya yatdığı bir dönəmdə müttəfiqimiz ABŞ-ın Türkiyəyə qarşı atdığı birtərəfli addımlar sadəcə Amerikanın maraqlarına və təhlükəsizliyinə zərər vurur. Çox gec olmadan Vaşinqton münasibətlərimizin asimmetrik ola biləcəyi barədə səhv mülahizələrini bir kənara qoymalı və Türkiyənin alternativlərə sahib olduğunu qəbul etməlidir. Bu birtərəflilik və hörmətsizlik trendindən dönməzlərsə, yeni dostlar və tərəfdaşlar axtarmağa başlayacağıq”, - deyə Ərdoğan vurğulayıb.

Onun sözlərinə görə, son illər fikir ayrılıqları hər iki ölkənin münasibətlərinin möhkəmliyini sınağa çəkir, Türkiyənin bu tendensiyanı dəyişmək səyləri nəticəsiz qalır. “Əgər Birləşmiş Ştatlar Türkiyənin suverenliyinə hörmətlə yanaşmasa və xalqımız qarşısında duran çağırışları anladığını isbat etməsə, bizim tərəfdaşlığımız təhlükə altına düşə bilər”, - Türkiyə lideri belə hesab edir.

İki ölkənin münasibətləri ABŞ Prezidenti Donald Trampın Türkiyədən idxal olunan alüminium və polada rüsumları müvafiq olaraq 20 və 50 faiz artırmaq barədə qərarından sonra daha da kəskinləşib. Bu qərar türk lirəsinin dollara nisbətdə kəskin ucuzlaşmasına səbəb olub.




  Yayım tarixi :11 Avqust 2018   13:32

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .