XƏBƏR
13:01

  Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi başa çatdı

Gündəm

Xəbər lenti
16 Noyabr 10:46Ronaldo nişanlandı
13 Noyabr 14:21Sabahın hava PROQNOZU


Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb.

Agyol.az, xəbər verir ki, Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bu barədə məlumat avqustun 10-da namizədlərin şəxsi səhifələrinə göndərilib. Namizədlər test mərhələsinin nəticələri əsas tutulmaqla proqram təminatı tərəfindən elektron yerləşdirmədə iştirak ediblər. Bu mərhələni uğurla keçən 4 min 337 namizəd müsabiqənin yekun - müsahibə mərhələsində iştirak edəcək. Həmin namizədlərin şəxsi səhifələrinə müsahibənin keçiriləcəyi yer və tarix barədə məlumat göndərilib.

Avqustun 13-dən etibarən keçiriləcək müsahibə mərhələsində namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlıqları və ümumi dünyagörüşləri müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaq.




  Yayım tarixi :11 Avqust 2018   13:01

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .