XƏBƏR
11:19

  Hafiz Paşayev: Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Tacikistanın mövqeyini xüsusi qiymətləndirir

Gündəm

Xəbər lenti
16 Noyabr 10:46Ronaldo nişanlandı
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Tacikistanın mövqeyini xüsusi qiymətləndirir.

Agyol.az xəbər verir ki, bunu ADA Universitetinin rektoru Hafiz Paşayev Azərbaycanda səfərdə olan Tacikistan Prezidenti Emoməli Rahmonun işitirakı ilə universitetdə keçirilən "Global Perspective Lecture Series" adlı mühazirələr çərmivəsində çıxışı zamanı deyib.

Rektor bildirib: “Biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı Tacikistanın mövqeyini xüsusi qiymətləndiririk”.

H.Paşayev qeyd edib ki, Tacikistan və Azərbaycan inkişaf edən biznes münasibətləri və humanitar əlaqələri olan dost ölkələrdir. O əlavə edib ki, bu məsələdə ADA Universiteti də öz böyük töhfəsini verib:

Rektor vurğulayıb: “ADA və Tacikistan XİN arasında əməkdaşlıq barədə memorandum imzalanıb və artıq Tacikistandan ilk tələbə universitetdən təqaüd alıb. Ümid edirik ki, dünən imzalanan sənədlər nəqliyyat və iqtisadiyyat sahələrində yeni layihələrin icraısna gətirib çıxaracaq”.

 




  Yayım tarixi :11 Avqust 2018   11:19

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .