XƏBƏR
20:43

  Gəncə şəhərində törədilmiş cinayətlərlə bağlı daha 7 nəfər həbs edilib

Gündəm

Xəbər lenti

İyulun 10-da Gəncə şəhərində törədilmiş cinayətlərlə bağlı daha 7 nəfər, eləcə də, axtarışda olan İbrahimov Samir Ramiz oğlu həbs edilib.

Agyol.az, xəbər verir ki,10 iyul hadisələrinə görə ümumilikdə 22 nəfər həbs olunub.

Bildirilir ki, bir nəfər bu gün gecə saatlarında Qazax rayonu ərazisindən Azərbaycan-Gürcüstan sərhədini keçmək istəyən zaman saxlanılıb.

Bununla yanaşı, iyulun 3-də Gəncə şəhərinin icra başçısı Elmar Vəliyevin həyatına sui-qəsdlə bağlı ümumilikdə 13 nəfər həbs edilib, 8 nəfər barəsində isə axtarış elan olunub.

Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.




  Yayım tarixi :15 Iyul 2018   20:43

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .