XƏBƏR
21:38

  Elman Nəsirov: Prezident İlham Əliyevdən Gəncə şəhərində baş vermiş terror aktlarına dəqiq və obyektiv qiymət

Gündəm

Xəbər lenti

Prezident İlham Əliyevdən Gəncə şəhərində baş vermiş terror aktlarına dəqiq və obyektiv qiymət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin respublikanın hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirdiyi iclasda səsləndirdiyi fikirlər iyulun 3-də və iyulun 10-da Gəncə şəhərində baş vermiş qanlı cinayətlərin əsl mahiyyətini dərk etmək baxımından böyük məna və əhəmiyyət kəsb edir.
Dövlətimizin başçısi ciddi analitik təhlilə əsalanan çıxışında baş vermiş terror aktlarının hədəf və məqsədlərini, xarakter və realizə mexanizmlərini, səbəb və motivlərini açıb göstərmiş, onun icraçıları və təşkilatçılarının uzağagedən məkrli planlarının iflasını şərtləndirən amillərə diqqəti cəlb etmiş və bununla da baş vermiş qanlı çinayətlər haqqında ictimaiyyətimizə ən dəqiq, dürüst, dolğun və obyektiv məlumat vermişdir.
Preziden İlham Əliyev ilk növbədə 3 iyul və 10 iyul tarixlərində Gəncədə törədilmiş mütəşəkkil cinayət əməllərini terror aktları kimi qiymətləndirmiş, hədəfində dövlətçiliyimizin dayandığını vurğulamışdır. 
ikincisi, cinayətkarların güddüyü çirkin məqsədlərə diqqəti cəlb edən cənab Preziden haqlı olaraq vurğulamışdır ki,” Bu cinayətləri törədən terrorçu qruplaşma Azərbaycanda sabitliyi pozmaq istəyir. Bu cinayətlərin əsas məqsədi bundan ibarətdir. Bu qanlı terror aktları cəmiyyətdə gərginlik yaratmaq və cəmiyyətimizi qorxutmaq məqsədilə törədilmişdir” . 
Üçüncüsü, bu terror aktlarının xarakterinə toxunan cənab Prezident haqlı olaraq qeyd edir ki, “terror aktları dini şüarlar altında həyata keçirilmişdir. Bu, özlüyündə İslam dininə qarşı ən böyük cinayətdir. Çünki İslam sülh, mərhəmət dinidir. Azərbaycan dövləti və Azərbaycan xalqı öz milli, dini dəyərlərini daim qoruyur. Azərbaycan İslam mədəniyyətini dünyada ən çox təbliğ edən ölkələrdən biridir. Bildiyiniz kimi, ötən il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunmuşdur, İslam Həmrəyliyi Oyunları keçirilmişdir. Bu il Naxçıvan İslam mədəniyyətinin paytaxtı şəhəridir. Bir neçə il əvvəl Bakı şəhəri bu şərəfli ada layiq görülmüşdür”. 
Burada haşiyə çıxaraq qeyd edək ki, hər hansı şəhərin İslam mədəniyyətinin paytaxtı elan olunması üçün həmin paytaxt ölkə və region səviyyəsində mühüm tarixi keçmişə, islam və bəşər mədəniyyətində elm, incəsənət, ədəbiyyat sahəsində töhfələrə, elmi tədqiqat, arxeoloji təhsil mərkəzlərinə, fərdi və kollektiv şəkildə mədəni tədbirlər təşkil edən mədəniyyət qurumlarına malik olmalıdır. Azərbaycan dövlətinin multikulturalizm siyasəti, İslam həmrəyliyinə verdiyi konkret töhvələr və İSESKO-nun “İslam mədəniyyətinin paytaxtı” proqramının tələblərinə tam uyğunluğu Bakı və Naxçıvan şəhərlərinin müvafiq olaraq 2009 və 2018-ci illərdə “İslam mədniyyətinin paytaxtı” elan edilməsini şərtləndirmişdir. Məlumat üçün onu da qeyd edək ki, Səudiyyə Ərəbistanının Məkkə şəhəri ilk İslam mədəniyyəti paytaxtı olmuşdur. Məkkədən sonra ərəb dünyasını, Asiya və Afrika regionlarını təmsil edən cəmisi 30 şəhər İslam mədəniyyəti paytaxtı olmaq hüququna malikdir.
Dördüncüsü, dövlətimizn rəhbəri Gəncədə baş verən teror aktlarının əsl səbəb və motivlərinə də aydınlıq gətirmişdir: ”Bu gün Azərbaycan dünya miqyasında sürətlə inkişaf edən müasir dövlətdir. Gündən-günə bizim gücümüz artır, gündən-günə bizim potensialımız güclənir - həm siyasi sahədə, diplomatik sahədə, iqtisadi sahədə, hərbi quruculuq sahəsində, döyüş meydanlarında, idman meydançalarında, sosial sahədə. Son 15 il ərzində iqtisadi inkişaf baxımından Azərbaycan qədər sürətlə inkişaf edən ikinci bir ölkə olmamışdır. Ona görə, əlbəttə ki, bizim uğurlarımıza kölgə salmaq, siyasətimizə təsir etmək istəyən qüvvələr müxtəlif üsullardan istifadə edirlər.” Onlar heç bir halda qəbul edə bilmirlər ki, nədən Prezident İlham Əliyevin rəhbərliyi altında elə də böyük olmayan bir müsəlman ölkəsi olan Azərbaycan İslam dünyasında bir sabitlik adasına çevrilmişdir. Nədən son 15 il ərzində Azərbaycan iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft iqtisadiyyatı 2,8 dəfə, sənaye 2,6 dəfə, kən təsərrüfatı 1,7 dəfə, qeyri- neft ixracı 4,1 dəfə artmışdır. 15 il əvvəl cəmisi 1,8 milyard dollarlıq valyuta ehtiyatlarına malik olan Azərbaycanın indi təxminən 44 milyard dollarlıq valyuta ehtiyatlarına malik olması, həmin müddət ərzində iqtisadiyyatına 230 milyard dollardan artıq investisiyanın qoyulması və bunun da təqribən yarısının xarici sərmayə olması Azərbaycanı sevməyəm müəyyən xarici dairələr və onalrın əlində alətə çevrilmiş daxili antimilli ünsürlərin “yuxusuna haram qatmışdır”. Bu halda bütün sivil mübarizə imkanlarından məhrum olan bu şər qüvvələr sonlarının başlanğıcını şərtləndirən addıma-terrora əl atırlar.
Beşincisi, Prezident İlham Əliyevin çıxışında xaricdə və daxildə olan antiazərbaycan qüvvə və ünsürlərin məğlubiyyətinin labüd olduğu da tutarlı əsaslandırılmışdır. Haqlı olaraq dövlətimizn başçısı vurğulayır ki, “Bizim müstəqillik tariximizdə ölkəmizə qarşı bir neçə dəfə təxribatlar törədilmişdir, o cümlədən silahlı təxribatlar, terror aktları, dövlət çevrilişlərinə cəhd. Onların biri də baş tutmadı. Bunun başlıca səbəbi ondan ibarətdir ki, Azərbaycanda xalq-iqtidar birliyi var. Mən dəfələrlə bu barədə öz fikirlərimi bildirmişdim, bir daha demək istəyirəm, xalq-iqtidar birliyi sabitliyimizin əsas şərtidir. Xalq-iqtidar birliyini heç bir qüvvə - nə xarici, nə daxili qüvvə sarsıda bilməz”.
Altıncısı, “Bizə qarşı müxtəlif xarici mərkəzlərdən idarə olunan media qaralama kampaniyası aparılır. Bunun da heç bir səmərəsi olmur. Özünü hüquq müdafiəçisi adlandıran bir neçə qeyri-hökumət təşkilatı Azərbaycana qarşı gecə-gündüz şər-böhtan kampaniyası aparır”,-deyən Prezident İlham Əliyev həmin mcinayətkar aləmin təmsilçilrinə ciddi xəbərdarlığını da bildirmişdir:” Bizim siyasətimizə, bizim iradəmizə şər qüvvələr heç cür təsir edə bilmir. Onların son addımları göstərir ki, terrordan başqa əllərində bir şey qalmayıb. Bu da keçməyəcək, necə ki, əvvəlki illərdə keçməyib. Azərbaycan dövləti bu dəfə də öz gücünü göstərib və göstərəcəkdir. Bütün cinayətkarlar məsuliyyətə cəlb olunacaqlar, məhkəmə qarşısında, ədalət qarşısında, xalq qarşısında cavab verəcəklər. Bunu təmin etmək üçün bizim kifayət qədər gücümüz, imkanlarımız var.”
Bir sözlə, cənab Prezidentin vurğuladığı kimi,” Bizim siyasi iradəmizə heç bir qüvvə təsir edə bilməz. Bizi tutduğumuz yoldan heç kim döndərə bilməz. Azərbaycanın müasir tarixi mənim dediklərimi dəfələrlə sübut edib. Kim ki, bizə qarşı çirkin niyyətlərlə hərəkət edib, özü bu hərəkətlərin qurbanı olub. Əvvəllər də belə olub, bu gün də belədir, bundan sonra da belə olacaq.” 
Azərbaycan xalqı öz rəhbərinə inanır və onun müəyyən etdiyi yol ilə bundan sonra da uca zirvələrə doğru irəliləyəcəkdir. İnkişafımızın rəhni olan ictimai-siyasi sabitliyi göz bəbəyi kimi qoruyacaq və bu amal naminə öz Prezidenti ətrafında daha sıx və monolit birlik nümayiş etdirəcəkdir.

 


Elman Nəsirov

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, siyasi elmlər doktoru, professor




  Yayım tarixi :14 Iyul 2018   21:38

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .