XƏBƏR
20:43

  “Real” Neymarla bağlı bəyanat yaydı

Gündəm

Xəbər lenti
23 Oktyabr 10:42Boyun disk yırtıqları

İspaniyanın "Real" klubu bəyanat yayıb.


Madrid təmsilçisi Braziliya yığmasının və Fransanın PSJ klubunun futbolçusu Neymarı transfer edəcəklərinə dair xəbərləri təkzib edib:

"PSJ-nin futbolçusu Neymar və klubumuzla bağlı şayiə dolu xəbərlərin çoxluğunu nəzərə alaraq, "Real" məsələyə aydınlıq gətirərək bəyan edir ki, sözügedən oyunçunun transferi ilə heç bir təklif irəli sürməyi planlaşdırmır. "Real"la PSJ arasında yaxşı münasibətlər var. Bu üzdən də oyunçunu transfer etmək istəsək, ilk növbədə onun klubuna müraciət edərik".


Xatırladaq ki, son günlərdə "Real"ın 26 yaşlı braziliyalının transferi üçün əlindən gələni etdiyinə dair xəbərlər dolaşırdı. Hətta Madrid klubunun prezidenti Florentino Peresin Neymarın atası (eyni zamanda meneceri) ilə görüşdüyü də iddia edilirdi.




  Yayım tarixi :14 Iyul 2018   20:43

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .